17-22 may tarixlərində Bakı Metrosunun iş rejimi dəyişəcək
WUF13 tədbiri dövründə Bakı Metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bu barədə BAKU.WS-in Bakı Metropoliteni QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin müddətdə həmçinin əlavə işçi qüvvəsi və könüllülər metroya cəlb olunacaq:
"17-22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək WUF13 tədbiri dövründə Bakı Metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Forumun Əməliyyat Şirkəti və aidiyyəti qurumlarla mərkəzləşdirilmiş platformada birgə fəaliyyət təmin olunacaq. Bir sıra stansiyalarda sərnişin axınını idarə etmək üçün əlavə işçi qüvvəsi və könüllülər cəlb olunacaq, xəttə buraxılmağa hazır ehtiyat qatarlar saxlanılacaq".
Həmçinin vurğulanıb ki, pik saatlarda intervallar minimum səviyyəyə endiriləcək.
"Forum günlərində qatarların hərəkət qrafikinə xüsusi düzəlişlər edilərək, pik saatlarda intervallar minimum səviyyəyə endiriləcək. Qeyd etmək istərdik ki, tədbirlə əlaqədar Bakı metropolitenindən ödənişsiz istifadə hüququnun təmin edilməsi ilə bağlı yalnız WUF13 Əməliyyat Şirkəti ilə müvafiq əlaqəli fəaliyyət əsasında ictimaiyyətə məlumatlar təqdim ediləcək", - deyə məlumatda qeyd olunub.
Banu Hüseynli
Oxşar xəbərlər
Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirilib
WUF13 üzrə Könüllülük Proqramı çərçivəsində təlimlər keçirilir
WUF13 üçün enerji təminatında dayanıqlı model tətbiq ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda "birbaşa gömrük təmsilçiliyi" imkanları artırılır
-
Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb
-
Bank kartları necə oğurlanır? - Ən təhlükəli üsullar və riskli ölkələr
-
Sabunçuda kanalizasiya kollektorunda baş vermiş çökmə aradan qaldırılacaq
-
"Politico": Ekspertlər Trampın ritorikası səbəbindən neft bazarındakı gərginliyin daha da pisləşəcəyini gözləyirlər
-
Devid Morens ABŞ-də COVID-19 sənədlərini gizlətməkdə ittiham olunur













