Almaniyada "Hells Angels" əməliyyatı: 67 nəfər saxlanıldı, lider həbs olundu
Far.Az xəbər saytı

Almaniyada "Hells Angels" əməliyyatı: 67 nəfər saxlanıldı, lider həbs olundu


Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində Hells Angels qruplaşmasına qarşı genişmiqyaslı əməliyyat keçirilib. Əməliyyat zamanı 67 nəfər saxlanılıb, qrupun lideri Erhan B. həbs edilib.

BAKU.WS xəbər verir ki, 1200 polis əməkdaşının iştirak etdiyi reydlər zamanı 55 ünvana eyni vaxtda baxış keçirilib. Hüquq-mühafizə orqanları təxminən 250 min avro dəyərində əmlaka da əl qoyub.

İstintaqın Leverkusen şəhərində fəaliyyət göstərən qrup rəhbərinin bir şəxsdən 100 min avro zorla tələb etməsi iddiası əsasında başladığı bildirilir. Şikayətə əsasən, zərərçəkənə borc bəhanəsi ilə təzyiq göstərilərək sənədlər imzalatdırılıb.

Araşdırma zamanı qruplaşmanın digər cinayət əməllərinə də qarışdığı üzə çıxıb. Onların hədələmə, zor tətbiqi və silahlı hücum kimi hallarda iştirak etdiyi qeyd olunur.

Əməliyyat çərçivəsində saxlanılan şəxslərdən biri olan Erhan B. cinayətkar dəstəyə üzvlük və hədə-qorxu ilə pul tələb etmə maddələri ilə həbs edilib.

Qeyd edək ki, təşkilatın keçmiş rəhbəri Necati Arabacı əməliyyatla əlaqəsinin olmadığını və illər əvvəl qruplaşmadan ayrıldığını açıqlayıb.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Arayik Arutyunyan və digərlərinə hökm oxundu
Güclü yağışdan sonra Bakıda genişmiqyaslı daxili iməcilik keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər