Meloni Avropanın təhlükəsizliyini gücləndirməyə çağırıb
Far.Az xəbər saytı

Meloni Avropanın təhlükəsizliyini gücləndirməyə çağırıb


İtaliyanın Baş naziri Corcia Meloni ABŞ-nin hərbi mövcudluğunun mümkün ixtisarı fonunda Avropanı öz təhlükəsizliyini gücləndirməyə çağırıb.

"Far.Az" xəbər verir ki, İtaliya baş naziri Ağ Evin rəhbəri Donald Trampın ABŞ qoşunlarının İtaliya və İspaniyadan ehtimal olunan çıxarılması ilə bağlı son bəyanatlarını belə şərh edib.

"Qulaq asın, mən sizə gələcəkdə nə olacağını deyə bilmərəm. Dəfələrlə dediyim kimi, biz bilirik ki, ABŞ artıq çoxdandır Avropadakı mövcudluğunun mümkün ixtisarını müzakirə edir. Məhz buna görə də hesab edirəm ki, biz öz təhlükəsizliyimizi gücləndirməli və müstəqil cavab vermək qabiliyyətimizi artırmalıyıq", - Meloni İrəvanda, Azərbaycana yola düşməzdən əvvəl jurnalistlərə bildirib.

Bununla yanaşı, o vurğulayıb ki, bu cür qərarlar ondan asılı deyil. "Lakin bir şeyi qətiyyətlə bildirmək istəyirəm: İtaliya həmişə öz öhdəliklərini yerinə yetirib. İtaliya imzalanmış bütün sazişlərə əməl edib, həmişə", - Baş nazir bildirib.

Onun sözlərinə görə, ölkə birbaşa milli maraqlara toxunmasa da, NATO çərçivəsində, o cümlədən Əfqanıstan və İraqdakı missiyalarda iştirak etməklə ardıcıl fəaliyyət göstərib.

Bununla əlaqədar Meloni Trampın İtaliyanın ünvanına səsləndirdiyi bəzi fikirlərini "qeyri-korrekt" adlandırıb.

Xatırladaq ki, daha əvvəl Tramp Amerika qoşunlarının İtaliya və İspaniyadan çıxarılmasını mümkün adlandırıb. "İtaliya bizə heç nə ilə kömək etməyib, İspaniya isə özünü dəhşətli, sadəcə dəhşətli aparıb", - Tramp ölkələrin Yaxın Şərqdəki vəziyyətlə bağlı mövqeyini şərh edərkən bildirib.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər