"Biletim.az" portalında YENİ FUNKSİYA - Yer dəyişmək mümkün olacaq
Far.Az xəbər saytı

"Biletim.az" portalında YENİ FUNKSİYA - Yer dəyişmək mümkün olacaq


Azərbaycanda onlayn bilet satışı sistemi olan "Biletim.az" portalı istifadəçilərinin rahatlığının təmin edilməsi məqsədilə tətbiqə daha bir funksiya əlavə olunub.

Bu barədə Far.Az-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, yeni funksionallıq əvvəlcədən əldə edilən bilet üzrə seçilmiş oturacaq yerinin dəyişdirilməsi, eləcə də seçilmiş reys üzrə çıxış vaxtının digər reysə (saata) dəyişdirilməsi imkanı yaradır. Bu yenilik sayəsində istifadəçilər əvvəlcədən əldə etdikləri elektron biletlər üzrə yerdəyişmə və ya bilet dəyişdirmə imkanı əldə edirlər.

Qeyd edək ki, yeni funksionallıq reysin çıxış vaxtına 24 saat qalmışadək mümkündür. Hər vətəndaş üçün 1 dəfə yerdəyişmə edə bilmək imkanı verilir.

Hazırda "biletim.az" portalında 58 məntəqə, 94 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 361 reys olmaqla 409 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.

Oxşar xəbərlər

Reysə çıxan hər bir sürücü tibbi rəy əsasında xəttə buraxılır!
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər