Koşta: İlham Əliyevin sammitdə iştirakı Bakı və İrəvan arasında yeni atmosferi əks etdirir
Azərbaycan Prezidenti İlham Əliyevin "Avropa Siyasi Birliyi"nin sammitində iştirakı Bakı və İrəvan arasındakı münasibətlərdə yeni atmosferin formalaşmasından xəbər verir.
"Far.Az" xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının (Aİ) prezidenti Antonio Koşta İrəvanda keçirilən Ermənistan-Aİ sammitinin yekunları üzrə Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə birgə bəyanatla çıxış edərkən bildirib.
Onun sözlərinə görə, sabit və firavan Cənubi Qafqaz Ermənistanın gələcəyi üçün əsas təməldir: "Prezident İlham Əliyevin "Avropa Siyasi Birliyi"nin dünənki sammitində iştirakı ölkələriniz arasındakı yeni atmosferin göstəricisidir".
A.Koştanın sözlərinə görə, Avropa İttifaqı dayanıqlı gələcək qurmaq üçün region ölkələri ilə əməkdaşlıq edərək Cənubi Qafqazda sülh və normallaşma proseslərini dəstəkləməyə davam edəcək.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edib
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qaraheybət təlim mərkəzində bədbəxt hadisə
-
"Space" televiziyasına yeni baş direktor TƏYİN EDİLDİ
-
Qaraheybətdə təlim mərkəzində bədbəxt hadisə baş verib
-
Finlandiya xarici dronlarla bağlı yeni risklər gözləyir
-
Milli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb
-
Sürücünün tələskənliyi qəzaya səbəb oldu - ANBAAN GÖRÜNTÜ













