"Arsenal" Endrik üçün "Real"a 100 milyon avro ödəməyə hazırdır
Far.Az xəbər saytı

"Arsenal" Endrik üçün "Real"a 100 milyon avro ödəməyə hazırdır


İngiltərənin "Arsenal" klubu İspaniya təmsilçisi "Real"ın futbolçusu Endrik üçün 100 milyon avro ödəməyə hazırdır.

"Far.Az" "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "topçular" hazırda icarə əsasında Fransanın "Lion" klubunda çıxış edən hücumçunu heyətinə qatmaq niyyətindədir.

London təmsilçisinin baş məşqçisi Mikel Arteta 19 yaşlı forvardın komandada rəqabəti artıracağına inanır.

Gənc oyunçu 2024-cü ilin yayında "Palmeyras"dan 47,5 milyon avroya "Real"a transfer olunub. Az forma şansı əldə edən futbolçu qışda "Lion"a icarəyə verilib.

Xatırladaq ki, Endrik Liqa 1-də 19 oyunda 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər

"Arsenal" Mikel Arteta ilə müqavilənin müddətini uzatmaq üçün danışıqlara başlayıb
Türkiyə Superliqasında hərəkətli yay: 383 transfer, 327 milyon avro xərc
İtaliya klubu İspaniya millisinin futbolçusunu heyətinə qatmaq istəyir
Leyla Əliyeva Qəbələdə "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb
Premyer Liqa klubları qış fasiləsində: Hazırlıq prosesi, yoxlama oyunları və transfer siyasəti – SORĞU

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər