McDonald"s Azərbaycan dünya çempionu olan gənc karateçini dəstəklədi
Beynəlxalq arenada yüksək nəticələr əldə edən gənc idmançıların hekayələri getdikcə daha çox qürur mənbəyinə çevrilir.
Belə nümunələrdən biri 10 yaşlı Fəqan Ağacabəyovdur - o, ehtiyatda olan kapitan, "Vətən müharibəsi iştirakçısı" və "Hərbi xidmətdə fərqlənməyə görə" medalları ilə təltif olunmuş Vətən müharibəsi qazisi İsmayıl Ağacabəyovun oğludur.
İstanbulda keçirilən WSF Shotokan üzrə 16-cı dünya çempionatında Fəqan qızıl medal qazanıb.
Fəqan Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin şagirdidir və peşəkar şəkildə karate ilə məşğul olur. Yaşının az olmasına baxmayaraq, o, artıq dəfələrlə respublika və beynəlxalq yarışların qalibi olub. Onun aktivində Macarıstan, Türkiyə və Bolqarıstanda keçirilən Avropa çempionatları və beynəlxalq turnirlərin qızıl medalları var.
İdmançı növbəti uğurunu İstanbulda keçirilən dünya çempionatında qazanıb. Güclü rəqabət şəraitində Fəqan bütün döyüşlərdə qalib gələrək dünya çempionu adına layiq görülüb.
Fəqanın beynəlxalq turnirdə iştirakı McDonald"s Azərbaycan tərəfindən dəstəklənib - şirkət onun uçuş və yarış xərclərini qarşılayıb.
Bakıya qayıtdıqdan sonra Fəqan üçün McDonald"s restoranlarından birində görüş təşkil olunub. Görüşdə McDonald"s Azərbaycan Müşahidə Şurasının sədri Fərid Əlizadə, McDonald"s Azərbaycan-ın Baş direktoru Oskar Boqopolskiy və Dövlət Sosial Müdafiə Fondunun Layihələrin idarə olunması departamentinin rəhbəri Elnur Məmmədov iştirak ediblər. Onlar Fəqanı qələbə münasibətilə təbrik edib və ona uğurlar və yeni nailiyyətlər arzulayıblar.
Dəstək McDonald"s Azərbaycan ilə Dövlət Sosial Müdafiə Fondu arasında imzalanmış əməkdaşlıq Memorandumu çərçivəsində göstərilib. Memorandum korporativ sosial məsuliyyət layihələrinin həyata keçirilməsinə və Vətən müharibəsi şəhidlərinin və qazilərin ailələrinin uşaqlarına dəstəyə yönəlib.
Son illər ərzində McDonald"s Azərbaycan Dövlət Sosial Müdafiə Fondu ilə birlikdə bir sıra sosial, təhsil və yaradıcılıq təşəbbüslərini həyata keçirib. Bunlara şəhid ailələrinin uşaqlarının məktəb ləvazimatları ilə təmin olunması, təhsil proqramlarının dəstəklənməsi və beynəlxalq olimpiadalarda iştirak, yay istirahətinin təşkili, eləcə də McDonald"s restoranlarında uşaqlar üçün tədbirlərin keçirilməsi daxildir.
Qalereya
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
"McDonald"s Azərbaycan" Yeni Yasamalda restoran açdı
Sumqayıtda 36 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra açılışı olub
"McDonald"s Azərbaycan" şəhid və qazi övladları üçün Yeni il bayramı təşkil edib
Yeni "McDonald"s" restoranı "Port Baku Mall"un qarşısında fəaliyyətə başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qaraheybət təlim mərkəzində bədbəxt hadisə
-
"Space" televiziyasına yeni baş direktor TƏYİN EDİLDİ
-
Qaraheybətdə təlim mərkəzində bədbəxt hadisə baş verib
-
Finlandiya xarici dronlarla bağlı yeni risklər gözləyir
-
Milli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb
-
Sürücünün tələskənliyi qəzaya səbəb oldu - ANBAAN GÖRÜNTÜ













