Naxçıvanda kikboksinq klubları rəsmi olaraq federasiya qeydiyyatına alınıb
Far.Az xəbər saytı

Naxçıvanda kikboksinq klubları rəsmi olaraq federasiya qeydiyyatına alınıb


Naxçıvanda kikboksinq klubları rəsmi olaraq federasiya qeydiyyatına alınıb.

"Report"un yerli bürosu xəbər verir ki, mayın 5-də Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən kikboksinq klub rəhbərləri və məşqçilərlə görüş keçirilib.

Görüş klublarla koordinasiya işini gücləndirmək, onların peşəkar fəaliyyətinə dəstək olmaq, eyni zamanda Naxçıvanda sözügedən idman növünün inkişafı istiqamətində yeni addımların atılması məqsədlərinə xidmət edib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov çıxış edərək son illərdə kikboksinqdə əldə olunan nailiyyətlər, aparılan işlər və mövcud çatışmazlıqlar barədə məlumat verib. Bildirilib ki, Azərbaycan Kikboksinq Federasiyası ilə qurulan əməkdaşlıq əlaqələri bu istiqamətdə sistemli inkişaf üçün əsas platforma rolunu oynayır.

Federasiyanın birinci vitse-prezidenti Elşən Abdulrəhimov isə çıxışında ölkənin bütün bölgələrində, o cümlədən Naxçıvanda kikboksinqin inkişafına xüsusi diqqət yetirildiyini vurğulayıb. O qeyd edib ki, yerli klubların fəaliyyəti və idmançıların çıxışları daim izlənilir, əldə olunan nəticələr yüksək qiymətləndirilir. Eyni zamanda, klubların federasiya nəzdində rəsmi qeydiyyata alınması ilə idarəetmənin daha effektli qurulması, vahid yanaşmanın tətbiqi və dəstək mexanizmlərinin gücləndirilməsi hədəflənir.

Görüş çərçivəsində klublara federasiya tərəfindən möhür və nizamnamələr, məşqçilərə isə müvafiq sertifikatlar təqdim olunub. Daha sonra iştirakçılarla aparılan müzakirələrdə bildirilib ki, bundan sonra Naxçıvan ölkə çempionatları və birinciliklərində vahid komanda kimi təmsil olunacaq. Uzun illər bu sahədə fəaliyyət göstərən Namiq Musayev komandanın baş məşqçisi seçilib.

Eyni zamanda, hakim idarəçiliyi sahəsində mövcud çətinliklər də diqqətə çatdırılıb. Bu istiqamətdə nazirlik və federasiyanın birgə təşəbbüsü ilə beynəlxalq təcrübəyə malik hakimlərin Naxçıvana dəvət olunması, seminar və "ustad dərsləri"nin təşkili ilə bağlı ilkin razılıq əldə edilib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər