Trampdan Çinə gözlənilməz təklif: ABŞ neftindən istifadə edin
ABŞ Prezidenti Donald Trump Çinə enerji təchizatı ilə bağlı yeni təklif irəli sürüb.
Far.Az xəbər verir ki, Tramp rəsmi Pekinə Fars körfəzi və İran mənbələri əvəzinə ABŞ neftindən istifadə etməyi təklif etdiyini bildirib. O qeyd edib ki, bu məsələni Xi Jinping ilə keçiriləcək görüşdə müzakirə etməyi planlaşdırır.
Prezidentin sözlərinə görə, Çin hazırda neft tələbatının böyük hissəsini Hörmüz boğazı vasitəsilə təmin edir. Tramp Çin tankerlərinin ABŞ sahillərinə, xüsusilə Texas, Luiziana və Alyaska ştatlarına yönləndirilməsini təklif etdiyini vurğulayıb.
O həmçinin bildirib ki, qarşıdakı görüşdə əsas müzakirə mövzularından biri Yaxın Şərqdəki müharibə olacaq.
Qeyd edək ki, Tramp və Si Cinpin arasında görüşün mayın 14-15-də Pekində keçirilməsi planlaşdırılır. Görüşdə tərəflərin enerji və regional təhlükəsizlik məsələlərini müzakirə edəcəyi gözlənilir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəlilabad sakini Aeroport yolundakı dəhşətli qəzada həlak oldu
-
Nurəli Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib
-
Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji və parıltı marafonu
-
Sumqayıtda avtomobil yolu çöküb
-
Tramp İranla danışıqlarda şəxsən iştirak etdiyini bildirib
-
Rubio: ABŞ-nin Hörmüz boğazındakı əməliyyatı müdafiə xarakterlidir













