Alimlər piylənmə ilə mübarizə üçün yeni hədəf aşkar edib
Alimlər piylənmə ilə mübarizədə yeni yanaşma müəyyənləşdiriblər. Araşdırmaya görə, bədən çəkisinin tənzimlənməsində maqneziumun hüceyrə daxilində rolu mühüm əhəmiyyət daşıya bilər.
Far.Az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, dünyada artıq çəkidən əziyyət çəkənlərin sayı son onilliklərdə əhəmiyyətli dərəcədə artıb. Piylənmə diabet, ürək xəstəlikləri və digər ciddi problemlərlə əlaqələndirilir.
Texas Universiteti San-Antonioda aparılan tədqiqatda alimlər diqqəti hüceyrələrin "enerji mərkəzləri" olan mitoxondrilərdə maqneziumun miqdarına yönəldiblər. Araşdırma göstərib ki, bu elementin artıq olması enerji mübadiləsini zəiflədir və yağ yığılmasını artırır.
Eksperimentlərdə MRS2 adlı gen deaktiv edilən siçanların yüksək kalorili qidalanmaya baxmayaraq kökəlmədiyi müşahidə olunub. Onların orqanizmi şəkər və yağları daha effektiv yandırıb.
Alimlər həmçinin eyni mexanizmə təsir edən CPACC adlı maddə hazırlayıblar. Bu birləşmə sınaqlarda çəki artımını məhdudlaşdırıb və qaraciyər funksiyasını yaxşılaşdırıb.
Mütəxəssislər qeyd edir ki, nəticələr ümidvericidir, lakin bu yanaşmanın insanlarda effektivliyi üçün əlavə tədqiqatlara ehtiyac var.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəlilabad sakini Aeroport yolundakı dəhşətli qəzada həlak oldu
-
Rubio: ABŞ-nin Hörmüz boğazındakı əməliyyatı müdafiə xarakterlidir
-
Tramp İranla danışıqlarda şəxsən iştirak etdiyini bildirib
-
Bakıda bu küçə təmirlə əlaqədar BAĞLANACAQ
-
Riad Axundzadə: "Azərbaycan son dərəcə yüksək su riskləri olan ölkələr kateqoriyasından çıxıb"
-
Rəşad İsmayılov Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri ilə görüşüb













