Türkiyə Şahmat Federasiyasının prezidenti Fethi Apaydın: "Baku Open" örnək aldığımız turnirlərdəndir"
Türkiyə Şahmat Federasiyası (TŞF) Bakıda keçirilən "Baku Open 2026" turnirini örnək alır.
Bunu "Report"a açıqlamasında TŞF-nin prezidenti Fethi Apaydın deyib.
Qurum rəhbəri hazırda davam edən yarışın təşkilatçılığından danışıb:
"Baku Open 2026" örnək aldığımız turnirlərdən biridir. Çünki biz dünyada keçirilən bütün şahmat turnirləri ilə yaxından maraqlanırıq. Hər yarışla bağlı beynimizdə müxtəlif müsbət fikirlər formlaşadırırıq və onu icra etməyi düşünürük. Bakıda olmağın bizim üçün xüsusi anlamı var. Çünki biz burada sadəcə yarışa qatılmamışıq, eyni zamanda özümüzü evdəki kimi hiss edirik. Dostlarımızla, qardaşlarımızla birgə öz Vətənimizdəyik. Bu cür görüşlər Azərbaycan və Türkiyə Şahmat Federasiyalarının dostluq münasibətlərinə də müsbət təsir edir. İnanıram ki, bu cür turnirlərin sayı çoxalacaq və daha möhtəşəm hal alacaq. Türkiyə təmsilçiləri də bu yarışda mübarizə aparırlar və yer tutmaq şansları var. Çox maraqlı yarışdan bəhs edirik. Bildirməliyəm ki, Bakı Kristal Zalı Avropa standartlarını qabaqlayan bir zaldır. Yarışları bu cür səviyyəli şəkildə təşkil etmək, insanları razı salmaq o qədər də asan iş deyil. Bu səbəbdən təşkilatçılara, yarışı ərsəyə gətirən hər kəsə böyük təşəkkür düşür. İnşallah, azərbaycanlı qardaşlarımızı da Türkiyədə gözləyirik".
O, Azərbaycan və Türkiyə Şahmat Federasiyaları arasında ötən il imzalanan Memorandumun şərtlərindən danışıb:
"İdmançıları "Baku Open"dən sonra "Çeşmə Open" turniri gözləyir. Biz "Open" turnirlərin sayını artırmışıq. Azərbaycanlı qardaşlarımız da orada qonaq qismində yarışacaqlar. Bildirməliyəm ki, ortaq turnirlər təşkil etmək barədə düşüncələrimiz var. Hətta bu turnirləri Qran-pri səviyyəsinə yüksəltmək və nəticələrə əsaslanan xal sistemi tətbiq etmək üzərində çalışırıq. Bu gün bu mövzunu daha geniş müzakirə edəcəyik".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəlilabad sakini Aeroport yolundakı dəhşətli qəzada həlak oldu
-
Rubio: ABŞ-nin Hörmüz boğazındakı əməliyyatı müdafiə xarakterlidir
-
Tramp İranla danışıqlarda şəxsən iştirak etdiyini bildirib
-
Bakıda bu küçə təmirlə əlaqədar BAĞLANACAQ
-
Riad Axundzadə: "Azərbaycan son dərəcə yüksək su riskləri olan ölkələr kateqoriyasından çıxıb"
-
Rəşad İsmayılov Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri ilə görüşüb













