"Heydər Əliyev kuboku-2026": 16 oğlan boksçumuz finalda mübarizə aparacaq
Bakıda yeniyetmə oğlan boksçular arasında "Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirində yarımfinal mərhələsi yekunlaşıb. 8 ölkənin qatıldığı yarışda Azərbaycan millisinin 16 idmançısı finalda iştirak hüququ qazanıb.
"Report" xəbər verir ki, həlledici görüşdə 44 kq, 46 kq, 50 kq, 52 kq, 57 kq və 80 kq-da təmsilçilərimiz bir-biri ilə üz-üzə gələcəklər.
12 boksçumuz isə artıq bürünc medalı rəsmiləşdirib. Rəvan Həşimov (44 kq), Yusif Hüseynov (46 kq), Nizami Əliyev (48), Rəsul Babazadə, Sahib Baxışlı (hər ikisi 50 kq), Mirtahir Əhmədli (52 kq), Elcan Musazadə (54 kq), Aydın Əliyev, Tunar Mehdiyev (hər ikisi 60 kq), Yusif Məmmədli (66 kq), Hidayət Məmmədov (70 kq) və Mehran Rəsulov (+80 kq) turniri 3-cü pillədə başa vurublar.
Bakı Boks Mərkəzində keçirilən yarışın final görüşləri mayın 7-də, saat 13:00-da start götürəcək.
Qeyd edək ki, bu gün başa çatan qız boksçuların mübarizəsində Azərbaycan millisi 3 qızıl, 4 gümüş və 10 bürünc medal qazanıb.
Oğlanlar
1/2 final
48 kq
Nihad Məmmədli (Azərbaycan) – Rati Xarbadya (Gürcüstan) – 4:1 (29:28, 30:27, 30:27, 29:28, 28:29)
50 kq
Vaqif Məhəmmədli (Azərbaycan) – Rəsul Babazadə (Azərbaycan) – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27)
Sahib Baxışlı (Azərbaycan) – Rüstəm Nəsibov (Azərbaycan) – ikinci qalib gəlib
52 kq
Qardaş Rəhimov (Azərbaycan) – Alixan Satibayev (Qazaxıstan) – 4:1 (26:30, 28*:28, 29:27, 28*:28, 28*:28)
İsmayıl Nəsirzadə (Azərbaycan) – Mirtahir Əhmədli (Azərbaycan) – 5:0 (30:25, 30:25, 30:24, 29:27, 30:25)
57 kq
Alixan Askarov (Qazaxıstan) – Məhəmmədəli İstamov (Azərbaycan) – 1:4 (27:30, 27:30, 27:30, 29:28, 27:30)
Əli Camalzadə (Azərbaycan) – Dosjan Tanksik (Qazaxıstan) – 3:2 (27:30, 28:29, 30:27, 30:27, 29:28)
60 kq
Əli Abaslı (Azərbaycan) – Aydın Əliyev (Azərbaycan) – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28)
63 kq
Vəkil Qurbanov (Azərbaycan) – Caxongirjon Usmankulov (Özbəkistan) – 4:1 (30:27, 30:27, 30:27, 27:30, 30:27)
75 kq
Yusif Ağakişiyev (Azərbaycan) – Alişer Kurbankojauli (Qazaxıstan) – 4:1 (28:29, 29:28, 30:27, 30:26, 30:27)
80 kq
Şükar Əliyev (Azərbaycan) – Lazare Dokvadze (Gürcüstan) – birinci qalib gəlib
Temurbek Xolmurodov (Özbəkistan) – Saleh Fərəcov (Azərbaycan) – ikinci üçüncü raundda tam üstünlüklə qalib gəlib
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Bakıda Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən minifutbol turniri yekunlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riad Axundzadə: "Azərbaycan son dərəcə yüksək su riskləri olan ölkələr kateqoriyasından çıxıb"
-
Rubio: ABŞ-nin Hörmüz boğazındakı əməliyyatı müdafiə xarakterlidir
-
ABŞ narkotik qaçaqmalçılığı ilə əlaqəli gəmiyə zərbə endirib, ölənlər var
-
Bakıda ölümlə nəticələnən dəhşətli qəzanın ANBAAN VİDEOSU
-
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionununda işçinin meyiti tapılıb
-
Tehranda ticarət mərkəzində yanğın nəticəsində azı 8 nəfər ölüb, onlarla insan xəsarət alıb













