Novex Group "InterFood Azerbaijan" 31-ci beynəlxalq qida sənayesi sərgisində iştirak edir
Novex Group InterFood Azerbaijan 2026 Beynəlxalq Qida Sənayesi Sərgisində geniş məhsul portfeli ilə çıxış edir.
Novex Group qida sənayesində formalaşdırdığı güclü istehsal bazasını və məhsul müxtəlifliyini nümayiş etdirərək 5 – 8 may tarixlərində Baku Expo Mərkəzində keçirilən InterFood Azerbaijan 2026 Beynəlxalq Qida Sənayesi Sərgisində iştirak edir. Şirkətlər qrupu sərgidə vahid stend çərçivəsində istehsal gücünü, məhsul keyfiyyətini və bazar yönümlü yanaşmasını təqdim edir.
Novex Group-un tərkibinə daxil olan Qəbələ Konserv Zavodu, Lənkəran Konserv Zavodu, Quba Konserv Zavodu və ATS Food şirkəti tərəfindən istehsal olunan məhsullar sərgidə geniş şəkildə nümayiş olunur. Bu müəssisələrdə Jalə, Natura, Zolotoy sad, Frutiva, Mia, I"m tea, Bağdan markalarının təbii meyvə şirələri, kompotları, mürəbbə və turşuları, Çörəkçi, Bismak və Mr.Pekar markalarının isə un və çörək məmulatları, şirniyyat məhsulları, peçenye, kreker və digər un əsaslı məhsullar istehsal edilir.
Novex Group-un fəaliyyətində daxili distribusiya sistemi strateji rol oynayır. Qrupun distribusiya şirkəti olan Mars Overseas vasitəsilə məhsullar ölkə üzrə geniş şəkildə paylanır, eyni zamanda iri pərakəndə satış şəbəkələri ilə qurulmuş əməkdaşlıq məhsulların istehlakçılara davamlı və əlçatan şəkildə çatdırılmasını təmin edir.
İxrac fəaliyyəti də Novex Group-un inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Şirkət məhsullarını artıq MDB ölkələri, Yaxın Şərq, Mərkəzi Asiya regionlarına, həmçinin Amerikaya ixrac edir və beynəlxalq bazarlarda iştirakını mərhələli şəkildə genişləndirir. Bu istiqamətdə əsas prioritetlər məhsul keyfiyyətinin qorunması, yeni bazarlara çıxış və uzunmüddətli tərəfdaşlıqların qurulmasıdır. Novex Group istehsal prosesində beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına xüsusi önəm verir. Şirkətin müəssisələrində tətbiq olunan FSSC 22000 (Food Safety System Certification 22000) qida təhlükəsizliyi idarəetmə sistemi məhsulların bütün istehsal zənciri boyunca təhlükəsizliyini təmin edir. Bu sertifikat beynəlxalq tələblərə uyğun olaraq qurulmuş sistemləri əhatə edir və qlobal bazarlarda etibarlılığı artıran əsas göstəricilərdən biri hesab olunur.
Novex Group-un InterFood Azerbaijan sərgisində iştirakı şirkətin yalnız məhsul istehsalçısı kimi deyil, eyni zamanda beynəlxalq standartlara uyğun fəaliyyət göstərən güclü qida sənayesi iştirakçısı kimi mövqeyini bir daha təsdiqləyir və bu platforma çərçivəsində qurulan yeniəlaqələr şirkətin gələcək inkişaf mərhələsinə töhfə verir.
Qeyd edək ki, InterFood Azerbaijan regionun ən böyük qida sənayesi tədbirlərindən biri hesab olunur və hər il yüzlərlə yerli və beynəlxalq şirkəti bir araya gətirir. Bu il sərgidə 45 ölkədən 447 şirkətin iştirakı təsdiqlənmişdir və tədbir qida sənayesinin müxtəlif sahələrini əhatə edir.
Oxşar xəbərlər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
İlham Əliyev 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanış olub - YENİLƏNİB
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Masazır əhalisinə ŞAD XƏBƏR - artıq YEKUNLAŞIR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riad Axundzadə: "Azərbaycan son dərəcə yüksək su riskləri olan ölkələr kateqoriyasından çıxıb"
-
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionununda işçinin meyiti tapılıb
-
Mingəçevirdə keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb - YENİLƏNİB
-
Martin Çunqonq "Azərkosmos"un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub
-
Ərdoğan Bakı ilə danışıqlardan sonra Makronun Ermənistandan quru sərhədini keçməsinə icazə vermədi
-
ETX uşaqların internetdə üzləşə biləcəyi risklərlə bağlı sosial videoçarx hazırlayıb













