Fermerlərin 150 kV-dək günəş enerjisindən istifadəsinə icazə tələb olunmur - Nazir müavini
Mövcud qanunvericilik ayrı-ayrı fermer təsərrüfatlarında "yaşıl enerji"nin, xüsusilə günəş panellərinin tətbiqinə imkan verir. "Azərişıq" və yaxud yaxındakı enerji sistemindən müvafiq texniki şərt almaqla, 150 kV-dək olan güc üçün heç bir icazə tələb olunmur.
Far.Az trend-ə istinadən xəbər verir ki, bunu energetika nazirinin müavini Samir Vəliyev bu gün Bakıda keçirilən 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumunun 3-cü günündə deyib.
O bildirib ki, kənd təsərrüfatında, ümumilikdə aqrar sektorda süni intellektin tətbiqinin əsas nəticələrindən biri enerji səmərəliliyinin artırılmasıdır:
"Çünki aqrar sektor kifayət qədər enerji tutumlu sahədir. Energetika sahəsinə gəldikdə isə burada rəqəmsallaşma və süni intellekt məsələləri xüsusi əhəmiyyət daşıyır. Bu, həm elektrik enerjisinin istehsalı, həm ötürülməsi, həm də paylanması proseslərində mühüm rol oynayır. Son illərdə Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq bərpa olunan enerji mənbələrindən istifadənin miqyası əhəmiyyətli dərəcədə genişlənir. Bu layihələrin idarə olunması isə rəqəmsallaşma olmadan mümkün deyil. Xüsusilə bərpa olunan enerji layihələrinin idarə edilməsində hava proqnozları mühüm əhəmiyyət kəsb edir.
Çünki bərpa olunan enerji birbaşa təbii amillərlə bağlıdır. Günəş və külək enerjisinin səmərəli istifadəsi üçün günəşli və küləkli günlərin əvvəlcədən müəyyən olunması enerji planlaşdırılmasının əsas şərtlərindən biridir. Bu həm də enerji sisteminin dayanıqlığına xidmət edir".
Nazir müavini vurğulayıb ki, enerji sisteminin balanslaşdırılması üçün rəqəmsallaşma və proqnozlaşdırma vasitəsilə əldə olunan məlumatların emalı xüsusi önəm daşıyır:
"Aqrar sektorda isə rəqəmsallaşma və süni intellekt konkret istiqamətlərdə enerji səmərəliliyinin artırılmasına şərait yaradır. Məsələn, "ağıllı" istixanaların tətbiqi nəticəsində zəruri temperaturun daim qorunması təmin edilir və artıq enerji sərfiyyatının qarşısı alınır. Eyni zamanda, müasir suvarma sistemlərinin tətbiqi enerji qənaəti baxımından böyük imkanlar yaradır. Bu sahədə ciddi potensial mövcuddur".
S. Vəliyev xatırladıb ki, hazırda işğaldan azad olunmuş ərazilər - Qarabağ və Şərqi Zəngəzur "yaşıl enerji" zonaları elan olunub:
"Həmin ərazilərdə aparılan məskunlaşma, yaşayış məntəqələrinin qurulması və təsərrüfat fəaliyyətləri əsasən "yaşıl texnologiyalar"ın və müasir enerji həllərinin tətbiqinə əsaslanır. Mövcud qanunvericilik fermer təsərrüfatlarında "yaşıl enerji"dən, xüsusilə günəş panellərindən istifadəyə imkan yaradır.
Əgər sistem avtonom rejimdə fəaliyyət göstərəcəksə, ümumiyyətlə fermerlərə texniki şərtin alınmasına da ehtiyac qalmır. Yəni fermerlərin bu imkanlardan istifadə etməsi üçün kifayət qədər əlverişli mühit formalaşdırılıb. Düşünürəm ki, gələcəkdə təkcə iri fermer təsərrüfatları deyil, daha kiçik təsərrüfatlar da xərclərin azaldılması və enerji resurslarından daha səmərəli istifadə məqsədilə bu müasir yanaşmalardan geniş şəkildə yararlanacaqlar.
Energetika Nazirliyi və nazirliyin nəzdində fəaliyyət göstərən Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi də bu istiqamətdə fermerlərə həm texniki, həm də məsləhət dəstəyi göstərməyə hazırdır".
O əlavə edib ki, texniki şərt prosedurunun sadələşdirilməsi fermerlər və sahibkarlar üçün prosesi daha rahat edib.
"Bu da alternativ enerjiyə keçid baxımından əlavə motivasiya yaradır. Hesab edirəm ki, məhz bu səbəbdən insanlar gələcəkdə alternativ enerji mənbələrinə daha çox üstünlük verəcəklər", - nazir müavini qeyd edib.
Oxşar xəbərlər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mingəçevirdə keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb - YENİLƏNİB
-
Martin Çunqonq "Azərkosmos"un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub
-
ETX uşaqların internetdə üzləşə biləcəyi risklərlə bağlı sosial videoçarx hazırlayıb
-
Ərdoğan Bakı ilə danışıqlardan sonra Makronun Ermənistandan quru sərhədini keçməsinə icazə vermədi
-
ABŞ qırıcısı Oman körfəzində İranın neft tankerini sıradan çıxarıb
-
Ayxan Hacızadə: Jan Noel Baronun Fransa Senatında Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik













