Valideynlər yaxın məktəb əvəzinə niyə uzaqdakını seçirlər?
Bəzən evə bir neçə dəqiqəlik məsafədə məktəb olsa da, valideynlər səhər tezdən yola çıxaraq övladlarını kilometrlərlə uzaqdakı təhsil ocağına aparırlar.
Far.Az Baku TV-yə istinadən xəbər verir ki, məktəbə çatmaq üçün bir neçə nəqliyyat vasitəsi dəyişilir və yolda saatlarla vaxt itirilir.
Bəs niyə valideynlər övladlarını yaşadığı əraziyə ən yaxın məktəbə deyil, başqa məktəbə aparmağa üstünlük verirlər?
Valideynlər arasında aparılan sorğu göstərib ki, məktəb seçimində əsas meyarlar tədrisin keyfiyyəti, müəllimlərin peşəkarlığı və məktəbin nüfuzudur. "Nərimanov rayonundan gəlirik. Uzaqdır, amma əsas odur ki, yeri rahat olsun, uşağım yaxşı təhsil alsın", - deyə valideynlərdən biri bildirib.
Elm və təhsil naziri dəfələrlə çıxışlarında ən yaxşı məktəbin evə yaxın məktəb olduğunu və valideynlərin uşaqlarının tıxaclara görə dərsə gecikməməsi üçün yaxın məktəbi seçməli olduğunu vurğulayıb. Təhsil ekspertləri də hesab edirlər ki, uşaqlar yaxınlıqdakı məktəbdə təhsil alaraq yüksək nəticə göstərə bilərlər. Onların fikrincə, məktəb seçərkən təhsil müəssisəsinin ümumi müvəffəqiyyət göstəriciləri - buraxılış və qəbul imtahanlarında əldə olunan nəticələr, müəllimlərin pedaqoji ustalığı, bilik və bacarıqları əsas meyarlar arasında olmalıdır.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə kişi həyat yoldaşını qətlə yetirib
-
Ukrayna kəşfiyyatının rəhbəri: Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib
-
Nigeriyada silahlı hücumlar nəticəsində 9 nəfər ölüb
-
Alimlərdən yeni kəşflər: isti çay xərçəng riskini artırır, ilan zəhərindən antibiotik hazırlanıb
-
"WSJ": ABŞ BCM-ə qarşı yeni genişmiqyaslı sanksiyalar tətbiq etməyi planlaşdırır
-
BVF üç ilə dünya üzrə dövlət borcunun ÜDM-in 100%-ni ötəcəyini gözləyir













