Tramp Avropa İttifaqını tariflərin artırılması ilə hədələyib
Far.Az xəbər saytı

Tramp Avropa İttifaqını tariflərin artırılması ilə hədələyib


Avropa İttifaqı (Aİ) iyulun 4-dək ticarət sazişi şərtlərinin özünə aid hissəsini yerinə yetirməsə, ABŞ Prezidenti Donald Tramp Avropa mallarına rüsumları artıracaq.

"Far.Az" xəbər verir ki, bu barədə o, Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenlə telefon danışığının yekunlarına əsasən "Truth Social" sosial şəbəkə hesabında yazıb.

"AK prezidenti Ursula fon der Lyayenlə əla danışığım olub. Biz bir çox mövzuları müzakirə etdik, o cümlədən İranın nüvə silahı əldə etməməli olduğu qənaətinə gəldik.

Mən səbirlə gözləyirdim ki, Aİ Şotlandiyanın Törnberri şəhərində razılaşdığımız tarixi ticarət sazişinin öz payına düşən hissəsini yerinə yetirsin! Aİ-nin öz tariflərini sıfıra endirərək sazişin öz payına düşən hissəsini yerinə yetirəcəyinə dair söz verilib! Mən ona ABŞ-nin 250 illiyinə qədər vaxt verməyə razılaşdım, əks halda, təəssüf ki, onların tarifləri dərhal xeyli yüksək səviyyələrə qalxacaq", - Tramp bildirib.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Rusiyanın dondurulmuş aktivləri – Avropa İttifaqı və Ukraynanın gələcəyi - ŞƏRH
ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, yoxsa yeni imkanlar?
Ursula Fon der Lyayen: Aİ-nin genişlənməsi strateji seçimdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər