Alıcılar risk altında: Bakıda təbii kürü adı ilə görün nə satılır
Far.Az xəbər saytı

Alıcılar risk altında: Bakıda təbii kürü adı ilə görün nə satılır


Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri zamanı ticarət və ictimai iaşə obyektlərində, o cümlədən şadlıq evlərində istehlakçılara təbii kürü adı altında süni kürü məhsullarının təqdim edildiyi aşkarlanıb.

Həmçinin müəyyən olunub ki, məhsullar etiketlənməyib, müşayiətedici sənədləri olmayıb və yararlılıq müddəti bitib.

Bu isə bir sual yaradır: saxta kürü nədir və onun insan sağlamlığı üçün hansı zərərləri var?

Qida eksperti Ağa Salamov Baku TV-yə bildirib ki, kürü növləri bir-birindən fərqlənir: "Məsələn, alginatdan hazırlanan kürülər var. Bunlar təhlükəli hesab olunmur. Alginat dəniz yosunundan əldə edilən maddədir. Maye formasında olur və onun içinə damcı şəklində müxtəlif əlavələr, məsələn, şirələr əlavə etməklə kürü əldə etmək mümkündür. Bu məhsullar əsasən veqanlar üçün nəzərdə tutulur və ucuz sayılmır. Çünki alginatın özü kifayət qədər bahalı məhsuldur.

Təbii kürünü ayırd etməyin yolları da var. Təbii kürü ağızda asanlıqla partlayır və dəniz dadı hiss olunur. Jelatindən hazırlanan süni kürülər isə elastik olur, ağızda gec partlayır. Nəzərə almaq lazımdır ki, belə məhsulların tərkibində süni qida boyaları və konservantlar olur. Bu isə insan orqanizmində müxtəlif fəsadlara səbəb ola bilər".

Oxşar xəbərlər

Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Bakıda bu bazarlarda saxta kürü məhsulları satılırmış
"Səbinə" şadlıq sarayının fəaliyyəti dayandırılıb
"Qızıl qaya" şadlıq evinin fəaliyyəti dayandırılıb
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərində sosial-emosional öyrənmə proqramı icra olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər