"Fars": Bəndər-Abbas limanını BƏƏ-nin qırıcıları bombalayıb - YENİLƏNİB
Far.Az xəbər saytı

"Fars": Bəndər-Abbas limanını BƏƏ-nin qırıcıları bombalayıb - YENİLƏNİB


İranın Bəndər-Abbas limanı ərazisindəki partlayışlarla İsrailin əlaqəsi yoxdur.

"Report" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

"İsraildən olan bir mənbə "i24NEWS" telekanalına müsahibəsində vurğulayıb ki, Təl-Əvivin İranda bu axşam baş verən hadisələrlə heç bir əlaqəsi yoxdur", - məlumatda qeyd olunub:

"Eyni zamanda, bəzi digər mənbələr iddia edir ki, partlayış baş verən ərazini Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) qırıcıları bombalayıb".

Qeyd edək ki, hadisənin bütün aspektlərinin ətraflı araşdırılması və irəli sürülən iddiaların yoxlanılması davam edir.

Keşm adası və Bəndər-Abbas limanının ərazisində bir neçə partlayış səsi eşidilib.

"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

"Yerli mənbələr Keşm adasında və Bəndər-Abbas limanında partlayış səslərinin eşidildiyini bildirirlər", – məlumatda qeyd olunub.

Partlayış səslərinin dəqiq səbəbi hələlik məlum deyil:

"Bəzi mənbələr iddia edir ki, bu səslərin bir hissəsi İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin bəzi gəmilərə Hörmüz boğazından qanunsuz keçidlə bağlı xəbərdarlıq etmək məqsədilə həyata keçirdiyi əməliyyatlarla əlaqədardır.

Bununla belə, səslərin səbəbləri haqqında dəqiq və dolğun məlumat əldə etmək üçün yoxlamalar davam etdirilir".

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarına zərbələr endirib.

İran, ABŞ və müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəlib. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.

Bloklanması dünyada enerji böhranına səbəb olan Hörmüz boğazı ətrafındakı vəziyyət qeyri-müəyyən olaraq qalır, hər iki tərəf müxtəlif fasilələrlə su yolunun açıldığını elan edir, lakin faktiki olaraq regionda gəmiçilik dayandırılıb.

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
Keşm adası və Bəndər-Abbas limanında partlayış səsləri eşidilib
İran hərbi gəmiləri Bakı limanını tərk etdi
Mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı xidmət haqqı məbləğləri təsdiqlənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər