Yeni qanunla maaşla bağlı gender bərabərliyi daha dolğun təmin olunacaq - Nazirlik
Prezident İlham Əliyev tərəfindən təsdiq edilən "Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Qanun ölkəmizdə əməkhaqqı sahəsində gender bərabərliyinin daha dolğun şəkildə təmin olunmasına yönəlib.
Far.Az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) istinadən xəbər verir ki, yeni Qanunla Əmək Məcəlləsinin 12-ci və 154-cü maddələrində dəyişikliklər edilib.
Bu dəyişikliklər işəgötürənin cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borclu olduğunu, işin bərabər dəyərli olmasının əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan Vahid Tarif-İxtisas Sorğu Kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edildiyini nəzərdə tutur.
Həmçinin "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Qanunda Məcəllədə edilmiş bu dəyişikliklərə uyğun dəyişikliklər edilir. Bu dəyişikliklər əmək qanunvericiliyində gender bərabərliyi ilə bağlı yanaşmaların mütərəqqi beynəlxalq təcrübə, habelə Beynəlxalq Əmək Təşkilatının standartları əsasında təkmilləşdirilməsi istiqamətində növbəti addımdır.
Cinsindən asılı olmayaraq bərabər dəyərli iş üçün bərabər əmək haqqının təmin edilməsi BMT Baş Assambleyasının müvafiq qətnaməsi ilə qəbul edilmiş Dayanıqlı İnkişaf Məqsədləri içərisində də (DİM-8) yer alır.
Qeyd edək ki, Azərbaycanda son illər qadın əməyi ilə bağlı aparılan islahatlar Dünya Bankı Qrupunun və Beynəlxalq Valyuta Fondunun 2025-ci il Yaz İclasında nümunə kimi göstərilib. Həmçinin, ötən il ölkəmiz BƏT və BMT-nin Qadınlar Təşkilatı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının rəhbərlik etdiyi Bərabər əməkhaqqı üzrə Beynəlxalq Koalisiyaya (EPIC) üzv də qəbul edilib.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib
-
ABŞ-də təyyarə eniş zamanı yük maşınına çırpılıb
-
Bakıda daşınmaz əmlak bazarında QİYMƏTLƏR ARTIB
-
Amerikalı məşhur falçı bu şəhərlərin YOX OLACAĞINI dedi
-
Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Şekspir" tamaşası nümayiş olunub
-
Marketdə vaxtı keçmiş məhsullar aşkarlandı - FOTOLAR













