Aİ-nin Ermənistan seçkilərinə müdaxilə riski var - Rusiya XİN
Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqının Ermənistanda 7 iyunda keçiriləcək seçkilərə müdaxilə etməyə hazırlaşdığını iddia edib.
Far.Az "İzvestiya"nın məlumatına istinadən xəbər verir ki, Rusiya XİN-dən bildirilib ki, Aİ Moldovadakı seçkilər zamanı istifadə etdiyi mexanizmləri Ermənistanda da tətbiq etməyə çalışır.
Nazirlik qeyd edib ki, Avropa İttifaqının Ermənistanla "hibrid təhdidlərə qarşı mübarizə" adlı əməkdaşlıq proqramı bu prosesin tərkib hissəsi kimi qiymətləndirilir.
Rusiya tərəfi həmçinin xəbərdarlıq edib ki, Qərblə yaxınlaşma Ermənistan üçün siyasi və iqtisadi risklər yarada bilər və bu, ölkənin müstəqilliyinə təsir göstərə bilər.
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova isə bundan əvvəl bildirib ki, Ermənistanın Qərbə yaxınlaşma kursu onu Avropa İttifaqının anti-Rusiya gündəminə daha da cəlb edə bilər.
Qeyd edək ki, Rusiya tərəfi daha əvvəl də Ermənistanı Rusiyaya qarşı öhdəlikləri pozmaqda ittiham edib.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib
-
ABŞ-də təyyarə eniş zamanı yük maşınına çırpılıb
-
Bakıda daşınmaz əmlak bazarında QİYMƏTLƏR ARTIB
-
Amerikalı məşhur falçı bu şəhərlərin YOX OLACAĞINI dedi
-
Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Şekspir" tamaşası nümayiş olunub
-
Marketdə vaxtı keçmiş məhsullar aşkarlandı - FOTOLAR













