İranın hücumlarının qarşısı alındı - ABŞ
Far.Az xəbər saytı

İranın hücumlarının qarşısı alındı - ABŞ


ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında ABŞ hərbi qüvvələrinə qarşı həyata keçirilən İran hücumlarının qarşısının alındığını açıqlayıb.

Far.Az CENTCOM-a istinadən xəbər verir ki, hadisə mayın 7-də ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus idarəolunan raket esmineslərinin Hörmüz boğazından Oman körfəzinə keçidi zamanı baş verib.

Açıqlamada bildirilib ki, USS Truxtun (DDG 103), USS Rafael Peralta (DDG 115) və USS Mason (DDG 87) beynəlxalq sulardan keçərkən İran qüvvələri tərəfindən çoxsaylı raket, pilotsuz uçuş aparatı və kiçik qayıqlarla hücuma məruz qalıb.

ABŞ tərəfi hücum nəticəsində heç bir hərbi obyektin zərər görmədiyini bildirib.

CENTCOM qeyd edib ki, ABŞ qüvvələri "qanuni özünümüdafiə" çərçivəsində cavab tədbirləri görərək İranın raket və PUA buraxılış məntəqələrini, komanda idarəetmə mərkəzlərini, eləcə də kəşfiyyat və müşahidə obyektlərini hədəfə alıb.

Açıqlamada vurğulanıb ki, ABŞ bölgədə gərginliyi artırmaq niyyətində deyil, lakin öz qüvvələrini qorumaq üçün tam hazırlıqlıdır.

Oxşar xəbərlər

Keşlə çirkab sulardan təmizlənir
Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB
Sumqayıtda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
CENTCOM İranın hərbi obyektlərinə zərbələr endirildiyini təsdiqləyib - YENİLƏNİB
Azərbaycanda mülki aviasiya xidmətləri ilə bağlı tariflər QÜVVƏYƏ MİNDİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər