Ankarada Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib
Far.Az xəbər saytı

Ankarada Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib


Ankarada Heydər Əliyev adına orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.

"Report"un Türkiyə bürosunun xəbin verir ki, tədbirdə diplomatlar, Ankaranın Yenimahalle Təhsil şöbəsinin rəhbərliyi və əməkdaşları, iki ölkənin ictimaiyyət nümayəndələri, məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Məktəbin direktoru Ahmet Sürezli H.Əliyevin Azərbaycan dövlətçiliyinin qurulması və inkişafında, ölkənin beynəlxalq nüfuzunun artmasında göstərdiyi xidmətləri vurğulayıb:

"Heydər Əliyevin qoyduğu prinsip bu gün Azərbaycan-Türkiyə qardaşlığının əsasını təşkil edir. Bu dostluq əbədi davam edəcək və bu qardaşlıq əlaqələri bütün türk dünyasında örnəyə çevrilib".

Yenimahalle Təhsil şöbəsinin müdiri Erhan Pelitoğlu H.Əliyevin təhsilə xüsusi qayğısından bəhs edib. O, Ulu Öndərin "Bir millət, iki dövlət" deyimini xatırladaraq bildirib ki, H.Əliyevin böyük xidmətləriylə türk dünyasının Orta Asiyaya qədər uzanan bağları dərin köklərə malik sivilizasiyanın ən güclü miraslarındandır:

"Heydər Əliyevin böyük xidmətləri ilə 1990-cı illərdə qurulan bu güclü qardaşlıq bağı günümüzədək mümkün qədər güclü şəkildə davam edib və gələcəkdə də eyni qətiyyətlə davam edəcək".

Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova çıxışında bildirib ki, sosial çətinliklərin, texnoloji və iqtisadi imkanların zəif olduğu dövrdə belə Heydər Əliyev Azərbaycanın gələcəyini düşünərək xüsusilə istedadlı və savadlı gənclərin yetişməsinə böyük önəm verib:

"Sonralar bu gənclər müstəqil Azərbaycanın qurulmasında və inkişafında çox böyük xidmətlər göstəriblər. Onlar yalnız Azərbaycanın deyil, eyni zamanda Türkiyənin də yetişdirdiyi gənclərin ortaq uğurudur. Ulu Öndər Heydər Əliyev türkləri yalnız qardaş deyil, özünün bir parçası kimi görüb. Bu davranış Azərbaycan dövlətinin siyasətində hələ də əks olunur. Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti müstəqilliyini bərpa etdikdən sonra ölkənin üzləşdiyi təhdid və çətinliklərin öhdəsindən gəlməyə imkan verib".

Sonra məktəbin şagirdlərinin ifasında Ulu Öndərin xatirəsinə həsr olunmuş bədii proqram təqdim olunub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər