SOCAR "Italiana Petroli" şirkətinin səhmlərinin alınması prosesini başa çatdırıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Italiana Petroli" (IP) şirkətinin səhm paketinin 99,82 %-inin "API Holding"dən satın alınması prosedurunu yekunlaşdırıb.
"Far.Az" SOCAR-a istinadən xəbər verir ki, müqavilə bütün lazımi tənzimləyici icazələr əldə edildikdən sonra başa çatdırılıb.
Məlumata görə, 90 ildən çox fəaliyyət tarixinə sahib olan "IP Qrup" İtaliyada mobillik və enerji təhlükəsizliyi sahələrində əhəmiyyətli yer tutur. Şirkət iki neft emalı müəssisəsi, anbar təsərrüfatları və ölkə miqyasında geniş pərakəndə satış şəbəkəsini əhatə edən inteqrasiya olunmuş sənaye logistika infrastrukturu əsasında iş aparır.
Bu əməliyyat nəticəsində IP beynəlxalq enerji şirkəti olan SOCAR-ın strukturuna qoşularaq Avropa enerji bazarındakı mövqeyini daha da gücləndirib. Bu kontekstdə İtaliya SOCAR-ın Avropa qitəsindəki əsas bazarlarından biri olaraq xüsusi önəm kəsb edir. Belə ki, SOCAR Bakı-Tbilisi-Ceyhan boru xətti vasitəsilə İtaliyaya xam neftin aparıcı təchizatçılarından biri qismində çıxış edir, bununla yanaşı Cənub Qaz Dəhlizi vasitəsilə həmin ölkəyə təbii qaz ixracının diversifikasiyasına öz töhfəsini verir. Bu prizimadan, sövdələşmə dəyişən bazar mühiti və dayanıqlılıq hədəflərinə müvafiq olaraq SOCAR-ın inteqrasiya olunmuş və davamlı beynəlxalq əməliyyatlarının daha da genişləndirilməsi strategiyasına xidmət göstərir.
"Satınalma prosesinin başa çatması Azərbaycan ilə İtaliya arasında enerji sahəsində uzun illər boyu formalaşmış tərəfdaşlığın əlamətdar mərhələsidir. Bu, qarşılıqlı inam və davamlı iqtisadi kooperasiyaya söykənən strateji partnyorluğun məntiqi davamıdır. Bu çərçivədə SOCAR-ın İtaliya istiqamətindəki yanaşması dayanıqlılıq, əməliyyat sabitliyi və uzunmüddətli inkişaf prinsiplərinə əsaslanır. IP-nin geniş infrastrukturunu və təcrübəsini öz fəaliyyətimizə inteqrasiya edərək şirkətin müvəffəqiyyətini şərtləndirən üstünlükləri qoruyur və Avropa bazarındakı mövqeyimizi daha da möhkəmləndiririk. Bu inteqrasiya yolu ilə beynəlxalq portfelimiz üzrə dayanıqlı inkişafı, sənaye etibarlılığını və uzunmüddətli dəyər yaradılmasını stimullaşdırırıq", - SOCAR-ın prezidenti Rövşən Nəcəf qeyd edib.
Bildirilir ki, SOCAR IP-nin bazardakı güclü mövqeyinin, brend reputasiyasının və əməliyyat potensialının qorunmasına və daha da inkişaf etdirilməsi prinsipinə sadiq qalır. Eyni zamanda şirkət əməkdaşların peşəkarlığının və təcrübəsinin dəstəklənməsini, müştərilər və tərəfdaşlar üçün fasiləsiz fəaliyyətin təmin edilməsini prioritet istiqamət olaraq təyin edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib
-
Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Şekspir" tamaşası nümayiş olunub
-
"Fox News": ABŞ İranın Bəndər-Abbas limanına zərbə endirib
-
"Fars": Bəndər-Abbas limanını BƏƏ-nin qırıcıları bombalayıb - YENİLƏNİB
-
Valverde Çuameni ilə dava etməsi barədə məlumatı təkzib edib
-
Azərbaycan ilə Malayziya arasında daha dərin əməkdaşlıq imkanları araşdırılır













