ABŞ-nin hücumuna məruz qalmış İran gəmisindəki dənizçilərdən birinin meyiti tapılıb - YENİLƏNİB
Far.Az xəbər saytı

ABŞ-nin hücumuna məruz qalmış İran gəmisindəki dənizçilərdən birinin meyiti tapılıb - YENİLƏNİB


Dünən ABŞ-nin İran gəmisinə hücumundan sonra itkin düşən dənizçilərdən birinin meyiti tapılıb.

"Far.Az" xəbər verir ki, bu barədə "Al-Jazeera" telekanalı İranın Minab dairəsinin qubernatoru Məhəmməd Radmehrin bəyanatına istinadən məlumat yayıb.

Radmehr bildirib ki, axtarış qrupları itkin düşən digər dörd dənizçinin axtarışlarını davam etdirir.

Daha əvvəl məlumat verilmişdi ki, ABŞ Hərbi Dəniz Qüvvələri İranın ticarət gəmisinə hücum edib, nəticədə 10 nəfər yaralanıb, 5 nəfər isə itkin düşmüş hesab edilirdi.

ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) İranın ticarət gəmisinə hücum edib, nəticədə 10 nəfər yaralanıb, 5 nəfər itkin düşüb.

"Far.Az" xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Hücum ötən gün Hörmüz boğazı və Makran dənizi (Omanda) sularında baş verib, burada Minab mahalının sahilləri yaxınlığında olan yük gəmisi vurulub.

Məlumata görə, gəminin göyərtəsində ümumilikdə 15 dənizçi olub. Axtarış-xilasetmə işləri aparılır.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Omanda səfərdədir
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
Türkiyə mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını geniş işıqlandırıb
Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər