"Real" Valverde və Çuamenini məşqdəki insidentə görə cərimələyib
İspaniya təmsilçisi "Real" uruqvaylı yarımmüdafiəçi Federiko Valverde və fransalı futbolçu Orelyen Çuamenini məşq zamanı aralarında yaranan insidentə görə hər birini 500 min avro məbləğində cərimələyib.
"Far.Az" xəbər verir ki, bu barədə "Kral klubu"nun mətbuat xidməti məlumat yayıb.
Hadisədən sonra futbolçularla görüş keçirilib. Tərəflər baş verənlərə görə peşman olduqlarını bildirərək bir-birlərindən, həmçinin klub rəhbərliyindən, komanda yoldaşlarından, məşqçilər heyətindən və azarkeşlərdən üzr istəyiblər.
Açıqlamada qeyd olunub ki, hər iki oyunçu "Real"da çıxışını davam etdirmək niyyətindədir və klubun verəcəyi istənilən intizam tədbirini qəbul etməyə hazırdırlar. Nəticədə klub hər iki futbolçunu 500 min avro cərimələyib və daxili araşdırmanın başa çatdığını elan edib.
Bundan əvvəl TASS agentliyi məşq zamanı baş verən insidentdən sonra "Real"ın futbolçulara qarşı intizam proseduru başladığını yazmışdı. Valverde Çuameni ilə mübahisə yaşandığını təsdiqləsə də, fiziki dava barədə məlumatları təkzib etmişdi.
Daha əvvəl "Marca" nəşri futbolçular arasında dava baş verdiyini iddia edib. Bildirilirdi ki, insidentdən sonra Valverdeyə tibbi yardım göstərilib. Uruqvaylı yarımmüdafiəçinin dava nəticəsində huşunu itirdiyi qeyd olunub.
27 yaşlı Valverde 2018-ci ildən "Real"ın formasını geyinir. O, cari mövsümdə bütün turnirlərdə 48 oyunda 9 qol vurub və 13 məhsuldar ötürmə edib.
26 yaşlı Çuameni isə 2022-ci ildən Madrid təmsilçisinin şərəfini qoruyur. Fransalı yarımmüdafiəçi bu mövsüm 46 matçda meydana çıxıb, 2 qol və 2 assistlə yadda qalıb.
Oxşar xəbərlər
Valverde Çuameni ilə dava barədə məlumatı təkzib edib
Valverde Çuameni ilə dava etməsi barədə məlumatı təkzib edib
Türkiyə mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını geniş işıqlandırıb
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Fox News": ABŞ İranın Bəndər-Abbas limanına zərbə endirib
-
"Fars": Bəndər-Abbas limanını BƏƏ-nin qırıcıları bombalayıb - YENİLƏNİB
-
Azərbaycan ilə Malayziya arasında daha dərin əməkdaşlıq imkanları araşdırılır
-
Valverde Çuameni ilə dava etməsi barədə məlumatı təkzib edib
-
Azərbaycanın U-16 millisi UEFA İnkişaf Turnirindəki ikinci oyununda da uduzub
-
Sirikdə partlayış və Bəndər-Abbasa PUA hücumu xəbərləri təkzib edilib













