Ukrayna Rusiyaya məxsus NEZ və PUA anbarına zərbələr endirib
Ukrayna Müdafiə Qüvvələrinin bölmələri mayın 8-nə keçən gecə Rusiyanın Yaroslavl vilayətindəki "Yaroslavl" neft emalı zavoduna (NEZ) və Rostovdakı pilotsuz uçuş aparatları (PUA) anbarına zərbələr endirib.
"Far.Az" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Ukrayna tərəfinin məlumatına görə, zərbələrdən sonra obyektlərdə yanğınlar baş verib.
Baş Qərargahdan bildirilib ki, "Yaroslavl" NEZ illik emal gücü təxminən 15 milyon ton olan Rusiya neft emalı sənayesinin əsas müəssisələrindən biridir.
"Dəyən ziyanın miqyası dəqiqləşdirilir", - məlumatda qeyd olunub.
Bundan əlavə, Ukrayna qüvvələri Rusiyanın nəzarətində olan Luqanskdakı "Luqanskaya" neft bazasının, müxtəlif yaşayış məntəqələrindəki yanacaq-sürtkü materialları anbarlarının və Rusiya qoşunlarının təmir bölməsinin vurulduğunu bəyan ediblər.
Həmçinin Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Zaporojye vilayətinin işğal olunmuş ərazisindəki Rusiya qoşunlarının rabitə qovşaqlarına zərbələr endirilib.
"Digər obyektlərlə yanaşı, Zaporojye vilayətinin Mixaylovka ərazisində Rusiyanın "Tor-M2" zenit-raket kompleksi və Krımda "Kasta-2E" radiolokasiya stansiyası vurulub", – bildirilib.
Oxşar xəbərlər
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Fox News": ABŞ İranın Bəndər-Abbas limanına zərbə endirib
-
"Fars": Bəndər-Abbas limanını BƏƏ-nin qırıcıları bombalayıb - YENİLƏNİB
-
Azərbaycan ilə Malayziya arasında daha dərin əməkdaşlıq imkanları araşdırılır
-
Valverde Çuameni ilə dava etməsi barədə məlumatı təkzib edib
-
Azərbaycanın U-16 millisi UEFA İnkişaf Turnirindəki ikinci oyununda da uduzub
-
Sirikdə partlayış və Bəndər-Abbasa PUA hücumu xəbərləri təkzib edilib













