Bakı kəndlərində yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR
"Abşeron dairəvi marşrutu 14 stansiyanı əhatə edirdi. Bu daşıma marşrutuna yeni bir dayanacaq – Dərnəgül dayanacağını da əlavə etdik. Bununla da bizim dairəvi dəmir yolunda olan sərnişin coğrafiyamız bir qədər də genişləndi".
Far.Az xəbər verir ki, bunu AZƏRTAC-a Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Rövşən Rüstəmov bildirib.
"Amma mövcud dairəvi marşrutun daha da genişləndirilərək yeni əhatə olunmayan istiqamətlərə çatdırılması da önəm daşıyan məsələlərdən biridir. Ötən ilin əvvəlində cənab Prezidentin təsdiqlədiyi Dövlət Proqramı ilə bu sərnişindaşıma coğrafiyası bir qədər də genişlənəcək. Bura Yeni Suraxanı-Hövsan, Bakıxanov-Binə-Qala və Maştağa-Bağlar istiqamətlərində yeni qatar marşrutunun açılması daxildir ki, bu üç istiqamət sərnişin daşımalarında hazırda olan günlük daşınan 42 min nəfər sərnişin sayının təxminən 200 min nəfərə çatmasını təmin edəcək.
Digər tərəfdən, mövcud 15 stansiyanın sayı 40-a çatdırılacaq. Bu, özlüyündə sərnişinləri dəmir yolu bağlantıları ilə daha yaxşı və daha çevik şəkildə təmin etmiş olacaq.
Bununla yanaşı, son illər atdığımız addımlardan biri, ümumiyyətlə, nəqliyyat bağlantılarını birləşdirməkdir. Bu baxımdan həm avtobus dayanacaqlarının, həm də metro stansiyalarının bir arada planlaşdırılması da xüsusi əhəmiyyət kəsb edir. Son istifadəyə verdiyimiz Dərnəgül dayanacağında da məhz bu prinsip qorundu. Həm metro bağlantısı, eyni zamanda, avtobus mübadilə məntəqəsinin də orada açılması sərnişinlərimizə daha çevik və əlaqəli şəkildə xidmət etməyə kömək olacaq",-deyə QSC sədri əlavə edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan gömrükçüləri "Uşaq oyuncaqları" yükündən bəyan olunmayan mallar aşkarladı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Fox News": ABŞ İranın Bəndər-Abbas limanına zərbə endirib
-
"Fars": Bəndər-Abbas limanını BƏƏ-nin qırıcıları bombalayıb - YENİLƏNİB
-
Azərbaycan ilə Malayziya arasında daha dərin əməkdaşlıq imkanları araşdırılır
-
Valverde Çuameni ilə dava etməsi barədə məlumatı təkzib edib
-
Azərbaycanın U-16 millisi UEFA İnkişaf Turnirindəki ikinci oyununda da uduzub
-
Sirikdə partlayış və Bəndər-Abbasa PUA hücumu xəbərləri təkzib edilib













