Naxçıvanda "Şərqin qapısı" teatr festivalının açılış mərasimi keçirilib
Far.Az xəbər saytı

Naxçıvanda "Şərqin qapısı" teatr festivalının açılış mərasimi keçirilib


Naxçıvanda Azərbaycan Respublikası və muxtar respublikanın Mədəniyyət nazirliklərinin dəstəyi, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 103 illiyinə və Naxçıvan Teatrının 143 illiyinə həsr olunmuş "Şərqin qapısı" teatr festivalının açılış mərasimi keçirilib.

"Far.Az"un yerli bürosu xəbər verir ki, festival iştirakçıları və rəsmilər əvvəlcə Heydər Əliyevin abidəsini ziyarət edərək Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad edib, abidə önünə gül dəstələri düzüblər.

Mərasimdə çıxış edən muxtar respublikanın mədəniyyət nazirinin müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Həsən Seyidov Ulu Öndər Heydər Əliyevin teatr və ümumilikdə milli mədəniyyətin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edib. O bildirib ki, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və mədəniyyətimizin inkişafı istiqamətində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət mədəniyyət və incəsənət xadimlərinə göstərilən yüksək dövlət qayğısının bariz nümunəsidir.

Qeyd olunub ki, 7 may 2026-cı ildə imzalanan sərəncamlarla bir qrup incəsənət xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü və mükafatlarının təqdim edilməsi sənət adamlarına verilən yüksək dəyərin növbəti təzahürüdür. Təltif olunanlar arasında muxtar respublikanın mədəniyyət və incəsənət nümayəndələrinin də yer alması xüsusi vurğulanıb.

Naxçıvan Dövlət Milli Dram teatrının direktoru Mir Qabil Əkbərov festivalın muxtar respublikanın teatr mühiti üçün əhəmiyyətindən danışaraq, tədbirin teatrlararası yaradıcılıq əlaqələrinin inkişafına mühüm töhfə verəcəyini bildirib.

Mərasimin bədii hissəsində festival üçün xüsusi hazırlanmış "Naxçıvan təranələri" və "Şərqin qapısı" mahnıları teatrın gənc aktyorları Seyfəddin Məmmədli, Ləman Vəlizadə və Şəbnəm Qaybalıyeva tərəfindən ifa olunub.

Daha sonra Naxçıvan Dövlət Milli Dram Teatrı aktyorlarının təqdimatında "Şüuraltı kölgələr" tamaşasından bir parça nümayiş etdirilib.

Mərasim xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilir
Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər