Gürcüstanda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
Far.Az xəbər saytı

Gürcüstanda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb


Gürcüstanda müasir müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə silsilə anım tədbirləri keçirilir.

"Report"un yerli bürosunun məlumatına görə, mayın 10-da Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları, SOCAR-ın Gürcüstan nümayəndəliyinin əməkdaşları, iş adamları, jurnalistlər və ictimaiyyət nümayəndələri Ümummilli Liderin Tbilisi şəhərindəki Heydər Əliyev adına parkda yerləşən abidəsini ziyarət ediblər.

Daha sonra Ulu Öndərin Rustavi şəhərindəki abidəsi də ziyarət olunub.

Hər iki şəhərdə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklillər qoyulub, gül dəstələri düzülüb, onun xatirəsi ehtiramla yad edilib.

Oxşar xəbərlər

27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
FHN silsilə maarifləndirmə tədbirləri keçirib
Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər