Mərakeşdə təlimlər zamanı itkin düşmüş amerikalı hərbçinin meyiti tapılıb
Far.Az xəbər saytı

Mərakeşdə təlimlər zamanı itkin düşmüş amerikalı hərbçinin meyiti tapılıb


Mərakeşdə keçirilən "Afrika aslanı" təlimlərində itkin düşdüyü bildirilən iki amerikalı hərbi qulluqçudan birinin meyiti axtarış-xilasetmə əməliyyatı zamanı tapılıb.

"Far.Az"un xəbərinə görə, bu barədə Mərakeşin Silahlı Qüvvələrinin komandanlığı məlumat verib.

Məlumata görə, axtarış Mərakeş ordusunun bölmələri və ABŞ hərbçiləri tərəfindən birgə aparılıb.

Meyit ölkənin cənubundakı Kap-Draa bölgəsindəki qayalıq ərazinin yaxınlığında tapılıb.

Ordunun məlumatına görə, qalıqlar müəyyən edilmiş prosedurlara uyğun olaraq helikopterlə Qelmimdəki hərbi xəstəxananın morquna aparılıb.

İtkin düşmüş ikinci amerikalı hərbi qulluqçunun axtarışı davam edir.

Oxşar xəbərlər

FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib
Dağlıq ərazidə axtarış-xilasetmə ilə bağlı təlim keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər