Almaniya enerji şəbəkələrinin tam çevik olmamasına görə hər il əlavə 3 milyard avro xərc çəkir
Far.Az xəbər saytı

Almaniya enerji şəbəkələrinin tam çevik olmamasına görə hər il əlavə 3 milyard avro xərc çəkir


Almaniya özü üçün bərpa olunan enerji mənbələrinə tam keçidi nəzərdə tutan genişmiqyaslı strateji məqsəd müəyyən edib.

"Far.Az"un Səmərqəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin dövlət katibi Yohann Zaatxoff Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şurasının 59-cu illik iclası çərçivəsində keçirilən "Panasiya Enerji Sistemi"nə (PAGI) həsr olunmuş seminarda bildirib.

"Qarşımızda böyük bir vəzifə var – elektrik şəbəkələrinin əsaslı modernləşdirilməsi. Bu gün Almaniyanın enerji balansında bərpa olunan mənbələrin payı artıq 60 %-dən çoxdur və biz bu göstəricini 100 %-ə çatdırmağı hədəfləyirik", – Y. Zaatxoff deyib.

O qeyd edib ki, kifayət qədər çevik infrastrukturun olmaması ciddi iqtisadi itkilərə səbəb olur: dövlət hər il enerji axınlarının yenidən yönləndirilməsinə təxminən 3 milyard avro xərcləyir.

"Problemin mahiyyəti ondan ibarətdir ki, bəzən şimalda yerləşən dəniz külək elektrik stansiyalarının fəaliyyətini dayandırmağa məcbur oluruq, halbuki ölkənin cənubunda istehlakçılar elektrik enerjisinə ehtiyac duyur. Bu tələbatı ödəmək üçün qazla işləyən generasiya güclərini işə salmalı və enerji axınlarını yenidən bölüşdürməli oluruq. Bütün bu əlavə xərcləri sonda son istehlakçılar ödəyir", – nazirliyin dövlət katibi bildirib.

Y. Zaatxoff vurğulayıb ki, bu nümunə həm Almaniya daxilində, həm də qlobal miqyasda enerji infrastrukturunun yenilənməsi məsələsinin nə dərəcədə aktual olduğunu aydın şəkildə göstərir.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər