Gürcüstan yeni Katolikos-Patriarxını seçir
Gürcüstan Pravoslav Kilsəsinin yeni – 142-ci Katolikos-Patriarxı bu gün keçirilən genişləndirilmiş kilsə şurasında seçilir.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, tədbir Tbilisidəki Müqəddəs Üçlük Kafedralında keçirilir və yerli vaxtla saat 13:00-da başlayıb.
Şurada təxminən 1200 nümayəndə iştirak edir.
İclas çərçivəsində patriarxal taxt-taca namizədlərin çıxışları, yeparxiya nümayəndələrinin məruzələri və Gürcüstan Katolikos-Patriarxı titulunun tarixi ilə bağlı təqdimat nəzərdə tutulub. Tədbirin bir hissəsi Gürcüstanın Birinci Kanalı vasitəsilə canlı yayımlanır.
Səsvermədə yalnız patriarxlar iştirak edir. Yeni Katolikos-Patriarx seçilmək üçün namizəd ən azı 20 səs toplamalıdır. Əgər ilk turda heç bir namizəd tələb olunan səs çoxluğunu əldə etməzsə, ən çox səs qazanan iki namizəd arasında ikinci tur keçiriləcək.
Patriarx postuna əsas namizədlər Senaki və Çxorotsku mitropoliti Şio (Mujiri), Mroveli-Urbenisi mitropoliti İob (Akiaşvili) və Poti-Xobi mitropoliti Qriqoli (Berbiçaşvili)dir.
Məlumata görə, ilkin səsvermədə Şio (Mujiri) 20 səs toplayıb. Digər iki namizədin hər biri isə 7 səs əldə edib.
Yeni Patriarxın taxta çıxma tarixinin də bu gün açıqlanacağı gözlənilir. Qərarı seçilmiş Patriarx özü müəyyən edəcək.
Qeyd edək ki, Gürcüstan Katolikos-Patriarxının seçilməsi proseduru 1995-ci ildə Svetitsxoveli Kafedralında keçirilən Gürcüstan Kilsəsinin XIII Genişləndirilmiş Şurasında qəbul edilmiş əsasnamə ilə tənzimlənir.
Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya martın 17-də 93 yaşında vəfat edib. Onun vəfatı ilə əlaqədar ölkədə matəm elan olunub və matəm günləri dəfn mərasiminə qədər (22 mart) davam edib.
Oxşar xəbərlər
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ Çinlə nadir torpaq metalları müqaviləsini qüvvədə olduğunu hesab edir
-
İran ABŞ-nin nizamlama təklifinə cavab kimi Livanda atəşkəslə bağlı şərt qoyub
-
Mbappe "Barselona" ilə matçda "Real"ın heyətinə daxil edilməyib
-
Netanyahu: İranla müharibə hələ bitməyib
-
Kərkicahan sakini: Xankəndidə WUF13-ün keçirilməsini qürurla qeyd edirik
-
Ağ Ev: Trampla birlikdə Çinə iri biznes nümayəndə heyəti gedəcək













