Aİ İordan çayının Qərb sahilinə məskunlaşan israillilərə qarşı sanksiyaları razılaşdırıb
Far.Az xəbər saytı

Aİ İordan çayının Qərb sahilinə məskunlaşan israillilərə qarşı sanksiyaları razılaşdırıb


Avropa İttifaqı (Aİ) İordan çayının Qərb sahilində zorakılığın artması fonunda bəzi israillilərə və onlarla əlaqəli strukturlara qarşı sanksiyaları razılaşdırıb.

"Report"un Avropa bürosunun xəbərinə görə, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Brüsseldə Aİ Xarici İşlər Şurasının iclasının yekunlarına dair açıqlamasında bildirib.

"Bu gün biz ekstremist israillilərə və onlarla əlaqəli strukturlara qarşı sanksiyalar barədə siyasi razılığa gəldik. Bu, HƏMAS-ın aparıcı fiqurlarına qarşı yeni sanksiyalarla eyni vaxtda edilib", - o bildirib.

Kallasın sözlərinə görə, razılaşma Aİ daxilində qərarların qəbulunu uzun müddət bloklayan "siyasi dalandan" çıxış deməkdir. "Zorakılıq və ekstremizmin nəticələri olur", - o vurğulayıb.

Kallas həmçinin bildirib ki, nazirlər İsrailin qeyri-qanuni məskunlaşma həyata keçirdiyi ərazilərlə ticarətin məhdudlaşdırılmasını da müzakirə ediblər. "Bir çox üzv dövlətlər bu məsələni daha da irəli aparmağa çağırıb", - o deyib və əlavə edib ki, mümkün təkliflər üzərində Avropa Komissiyası ilə iş davam etdiriləcək.

Avropa Komissiyasının qeyri-qanuni məskunlaşma həyata keçirilən ərazilərlə ticarətə dair konkret tədbirlər paketini, xüsusən də Fransa və İsveçin təkliflərini niyə təqdim etməməsi ilə bağlı jurnalistlərin sualını cavablandıran Kallas, Aİ ölkələri arasında konsensusun olmadığını etiraf edib.

"Bir çox üzv dövlətlərin (İsrailə qarşı sanksiyalar məsələsində - red.) daha çoxunu istədiyi doğrudur, lakin bununla razılaşmayan bir çox üzv dövlətlər də var", - o bildirib.

Avropa diplomatiyasının rəhbəri ticarət tədbirlərinin onun başçılıq etdiyi ofisin yox, Avropa Komissiyasının səlahiyyətində olduğunu da vurğulayıb.

"Şuranın əvvəlki iclasından dərhal sonra mən bu məsələni Avropa Komissiyasında qaldırdım, çünki üzv dövlətlər belə təkliflər verir. Mən bunu xahiş etdim, amma hələ ki, cavab yoxdur və mən onu hazırlaya bilmərəm", - Kallas bildirib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ceyhun Bayramov və Kaya Kallasın geniştərkibli görüşü olub
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə geniş tərkibdə görüşü olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər