Torpaq icarəsi ilə bağlı yeni qərar hansı yerlərə şamil edilməyəcək? - Rəsmi
Far.Az xəbər saytı

Torpaq icarəsi ilə bağlı yeni qərar hansı yerlərə şamil edilməyəcək? - Rəsmi


"Nazirlər Kabinetinin (mayın 8-də yeni güzəşt mexanizmi təsdiqlənib - red.) dövlət torpaq sahələrinin icarəyə verilməsinə dair qəbul etdiyi yeni qərar sənədləşdirilməmiş və hüquqi statusu tam qaydaya salınmamış obyektlərə aid olmayacaq".

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsinin müdir müavini Ehtiram Babayev jurnalistlərə açıqlamasında bildirib.

"Yeni tətbiq olunan güzəşt mexanizmi yalnız sənədləri tam qaydaya salınmış və xidmət tərəfindən icarəyə verilmiş torpaq sahələrini əhatə edir. Qəbul edilmiş qərar sənədsiz və hüquqi vəziyyəti bütünlüklə rəsmiləşdirilməmiş obyektlərin torpaq münasibətlərinə heç bir təsir göstərməyəcək. Güzəştlər sənədlə təsdiqlənmiş torpaqlara şamil olunur", - deyə E.Babayev vurğulayıb.

Oxşar xəbərlər

Azərbaycanda "lizinq" ləğv OLUNUR?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
1 saylı İxtisaslaşdırılmış Poliklinikanın Laboratoriya şöbəsinin açılışı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycanda fiziki şəxslər maliyyə icarəsi xidməti göstərə bilməyəcək - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər