TƏBİB-də yüksək vəzifəyə TƏYİNATLAR
Nizami Tibb Mərkəzinə və Respublika Dəri-Zöhrəvi Mərkəzinə direktor müavinləri təyin ediliblər.
Far.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Bildirilib ki, Nizami Tibb Mərkəzinə direktor müavini, doğum evinin rəhbəri vəzifəsinə Tibb elmləri doktoru, professor Fərəh Afad qızı Qaraqurbanlı təyin edilib.
F.Qaraqurbanlıya 1997-ci ildə Azərbaycan Respublikasında tibb elmləri namizədi alimlik dərəcəsi, 2004-cü ildə Rusiya Federasiyası Ali Attestasiya Komissiyası tərəfindən tibb elmləri doktoru, 2006-cı ildə Ali Attestasiya Komissiyası tərəfindən tibb elmləri doktoru alimlik dərəcəsi, 2024-cü ildə isə professor elmi adı verilib.
1991-1999-cu illərdə bir sıra dövlət tibb müəssisələrində həkim-mama-ginekoloq, 1999-2004-cü illərdə 5 nömrəli Kliniki Doğum Evinin Hamiləliyin patologiya şöbəsinin müdiri, 2004-2008-ci illərdə 5 nömrəli Kliniki Doğum Evinin baş həkimi vəzifəsində çalışıb.
2004-2010-cu illərdə Odlar Yurdu Universitetinin Tibb fakültəsinin müəllimi kimi əmək fəaliyyətinə davam edib.
2008-ci ildən hazırkı təyinatınadək Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində və "Baku Medical Plaza"da həkim-mama-ginekoloq, həmçinin 2018-ci ildən Azərbaycan Dillər Universitetinin Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasında müəllim vəzifəsində çalışıb.
O, 109-dan çox elmi-tədqiqat işinə rəsmi opponentlik edib, 97 elmi əsərin, o cümlədən 3 monoqrafiyanın və 2 dərsliyin müəllifidir.
Respublika Dəri-Zöhrəvi Mərkəzinə direktor müavini, baş həkim vəzifəsinə tibb üzrə fəlsəfə doktoru Rəxşəndə Mənsur qızı Əhmədova təyin olunub.
R.Əhmədova 1988-1994-cü illərdə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra, 1994-1995-ci illərdə Respublika Dəri-Zöhrəvi Dispanserində internatura təhsili alıb, 2016-cı ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
1997-1999-cu illərdə Respublika Dəri-Zöhrəvi Dispanserində həkim, 1999-2020-ci illərdə Serologiya şöbəsinin müdiri vəzifəsində çalışıb.
2020-ci ildən hazırkı təyinatına qədər Respublika Dəri-Zöhrəvi Mərkəzinin Laboratoriya şöbəsinin müdiri olub.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Berlində MAMA "Ana təbiət" sərgisinin açılışında iştirak ediblər
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Cenevrədə MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıb
Dövlət Xidmətində yüksək vəzifəyə yeni TƏYİNAT
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Futbolçuda xərçəng aşkarlandı - Həkim xəstəliyi "Xəyanətkar" adlandırdı
-
NYT: İran raket obyektlərinin mütləq əksəriyyətinə çıxışını qoruyub saxlayır
-
Sumqayıtda keçirilən WUF13 Festivalının ictimai proqramına altı mindən çox sakin qatılıb - YENİLƏNİB
-
"Real"ın prezidenti vəzifəsinə növbədənkənar seçkilər keçiriləcək
-
ABŞ HDQ-nin qərargah rəisi Hörmüz boğazının minalardan təmizlənməsi üçün şərti açıqlayıb
-
Azərbaycan və Pakistan qlobal gündəmə aid məsələləri müzakirə edib













