Həcc ziyarətinə yola düşəcək zəvvar təyyarələrinin uçuş qrafikləri məlum olub
Far.Az xəbər saytı

Həcc ziyarətinə yola düşəcək zəvvar təyyarələrinin uçuş qrafikləri məlum olub


Həcc ziyarətinə, hər biri 4 qrupdan ibarət olmaqla, ümumilikdə, 7 zəvvar təyyarəsi yola düşəcək.

Far.Az apa-ya istinadən xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, hər biri 180 nəfərdən ibarət birinci və ikinci zəvvar təyyarəsi mayın 17-də, üçüncü və dördüncü zəvvar təyyarələri mayın 18-də, beşinci və altıncı zəvvar təyyarələri mayın 19-da, yeddinci zəvvar təyyarəsi isə mayın 21-də həcc ziyarətinə yola düşəcək: "Hər təyyarədə 4 zəvvar qrupu olacaq. Səhər və axşam olmaqla, gündə iki təyyarə yola düşəcək, mayın 21-i isə bir təyyarə yola düşəcək. Onlar ilk olaraq Ciddə şəhərində düşüb,avtobuslarla Cöhfə miqatına gedəcəklər, orada ehram bağlayıb gecə saatlarında Məkkəyə çatacaqlar".

Xatırladaq ki, 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakı sakinləri Zəfərin beşinci ildönümünü qeyd edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər