Rəis müavini: Mədəni irsin qorunmasında müasir texnologiyaların tətbiqi aktualdır
Far.Az xəbər saytı

Rəis müavini: Mədəni irsin qorunmasında müasir texnologiyaların tətbiqi aktualdır


Mədəni irsin qorunmasında müasir texnologiyaların tətbiqi xüsusi aktuallıq kəsb edir.

"Report" xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Ayaz Museyibov Bakıda keçirilən "Mədəni irs və müasir texnologiyalar: Rəqəmsal həllərin tətbiqi" adlı panel sessiyasında deyib.

O, dünyanın dördüncü sənaye inqilabı dövründə olduğunu və bu dövrdə mədəni irsin qorunmasına yanaşmaların dəyişdiyini vurğulayıb:

"Eyni zamanda, iqlim dəyişiklikləri və antropogen fəaliyyətlər, yəni insan təsiri nəticəsində mədəni irs nümunələrinin zədələnməsi, hətta bəzi hallarda öz autentikliyini itirməsi müşahidə olunur. Bu səbəbdən, mədəni irsin qorunmasında müasir texnologiyaların tətbiqi xüsusi aktuallıq kəsb edir".

Rəis müavininin sözlərinə görə, bu istiqamətdə süni intellekt alətləri, genişləndirilmiş və virtual reallıq texnologiyaları, 3D skanlama, dron texnologiyaları, eləcə də coğrafi informasiya sistemləri mühüm rol oynayır:

"Bu texnologiyalar mədəni irs ekosistemi üzrə məlumatların sistemləşdirilməsinə, vahid bazada toplanmasına və dərin analitik təhlil aparılmasına imkan yaradır".

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
2025-ci il: Texnoloji tərəqqi və süni intellektin təkamülü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər