WUF13 Azərbaycanın beynəlxalq tədbirlərin idarə olunmasında təcrübəsinin göstəricisidir - RƏY
Far.Az xəbər saytı

WUF13 Azərbaycanın beynəlxalq tədbirlərin idarə olunmasında təcrübəsinin göstəricisidir - RƏY


BMT-nin ən nüfuzlu şəhərsalma və dayanıqlı inkişaf platformalarından biri hesab olunan Ümumdünya Şəhərsalma forumunun 13-cü sessiyasının (WUF13) Azərbaycanda keçirilməsi mühüm hadisədir.

Bunu "Far.Az"a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.

O bildirib ki, forum urbanizasiya, dayanıqlı şəhərlər, iqlim çağırışları, sosial inklüzivlik və gələcəyin şəhər idarəçiliyi kimi məsələləri əhatə edən qlobal platformadır:

"Dünyanın müxtəlif ölkələrindən dövlət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin Bakıda bir araya gəlməsi Azərbaycanın təkcə regional deyil, həm də geniş beynəlxalq gündəmdə aktiv iştirak edən ölkə olduğunu bir daha göstərmiş olur.

Forumun məhz Azərbaycanda keçirilməsi son illərdə ölkədə həyata keçirilən iri infrastruktur layihələri, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqi, xüsusilə işğaldan azad edilmiş ərazilərdə yeni urbanizasiya modelinin qurulmasının önəmli nəticələrindəndir. Qarabağ və Şərqi Zəngəzurda sıfırdan qurulan yaşayış məntəqələri, yaşıl enerji və rəqəmsal idarəetmə sistemləri Azərbaycanın bu sahədə özünü nümunəvi model kimi təqdim etməsinə imkan yaradıb".

Ülviyyə Zülfiqar

Ü.Zülfiqar onu da diqqətə çatdırıb ki, belə genişmiqyaslı tədbirin təşkili Azərbaycanın beynəlxalq tədbirlərin idarə olunması sahəsində topladığı təcrübəni də nümayiş etdirir:

"Daha əvvəl keçirilmiş beynəlxalq enerji forumları, Qoşulmama Hərəkatı çərçivəsində tədbirlər, COP29 və digər qlobal platformalar Azərbaycanın logistika, təhlükəsizlik və diplomatik koordinasiya imkanlarını nümayiş etdirib. Bu Forum çərçivəsində də hazırlıq prosesinin yüksək səviyyədə aparılması, infrastruktur və təşkilati işlərin koordinasiyalı şəkildə həyata keçirilməsi ölkənin institusional imkanlarını nümayiş etdirmiş olur.

Forum zamanı yalnız şəhərsalma mövzuları deyil, paralel şəkildə iqtisadi əməkdaşlıq, investisiya imkanları, iqlim diplomatiyası və regional inkişaf məsələləri üzrə də çoxsaylı görüşlərin keçirilməsi gözlənilir. Bu forum iştirakçılar üçün qlobal gündəmdə dayanıqlı inkişaf və müasir şəhər idarəçiliyi istiqamətində təşəbbüskar aktor kimi çıxış etməyə əlavə imkanlar yaradır".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər