EBRD-nin Yaxın Şərq münaqişəsi üzrə çərçivə proqramı 2026-cı ildə Azərbaycanı da əhatə edəcək
Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Yaxın Şərq münaqişəsindən təsirlənən ölkələrin dəstəklənməsi ilə bağlı çərçivə proqramı bu il həmin iqtisadiyyatlara, o cümlədən Azərbaycana 5 milyard avroya qədər vəsaitin ayrılmasını nəzərdə tutur.
Bunu "Report"a müsahibəsində bankın Türkiyə və Qafqaz üzrə idarəedici direktoru Elizabetta Falçetti bildirib.
"Bank Azərbaycanla bağlı potensial riskləri və onların mümkün fəsadlarını diqqətlə izləyir. EBRD-nin əks-tsiklik institut kimi funksiyası iqtisadi təzyiq dövrlərində, xüsusilə alternativ kapital mənbələrinə çıxışın məhdudlaşdığı şəraitdə müştərilərə və tərəfdaşlara dəstək göstərməkdir. Bankın əsas üstünlüyü bilavasitə yerlərdə daimi fəaliyyəti və müştərilərlə təmasda olmasıdır ki, bu da yaranan təhdidləri vaxtında aşkar etməyə və operativ cavab tədbirləri görməyə imkan verir", - o qeyd edib.
İdarəedici direktorun sözlərinə görə, EBRD-nin Azərbaycandakı fəaliyyəti, xüsusilə Ticarətin Maliyyələşdirilməsi Proqramı (TFP) vasitəsilə ticarət əməliyyatları və investisiya fəaliyyəti üçün maliyyə resurslarının əlçatanlığının təmin edilməsini, habelə tərəfdaş banklar və korporativ müştərilərlə, ilk növbədə, isə kiçik və orta sahibkarlıq seqmentində əməkdaşlığın dərinləşdirilməsini ehtiva edə bilər.
"Bundan başqa, EBRD enerji dayanıqlığının gücləndirilməsi və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində böyük imkanların olduğunu qeyd edir. Buraya batareya enerji saxlanc sistemlərinin (BESS) tətbiqi və elektrik şəbəkələrinin etibarlılığının artırılması sayəsində enerji keçidini sürətləndirəcək investisiyalar daxildir", - o əlavə edib.
Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq mümkündür.
Oxşar xəbərlər
Elizabetta Falçetti: "EBRD Azərbaycanın nəqliyyat layihələrinin uzunmüddətli maliyyələşdirilməsinə hazırdır" - MÜSAHİBƏ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb













