Yol polisi Sumqayıtda reyd keçirib
Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində "Təmiz hava aylığı" çərçivəsində maarifləndirici tədbir keçirib.
Far.Az DİN-ə istinadən xəbər verir ki, tədbir zamanı nəqliyyat vasitələrinin texniki vəziyyəti yoxlanılıb, atmosferə normadan artıq zərərli maddələrin atılmasına səbəb olan nasazlıqların aradan qaldırılmasının vacibliyi diqqətə çatdırılıb.
Sürücülərlə profilaktik söhbətlər aparılıb, nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılmasının ətraf mühitin qorunması və insan sağlamlığı baxımından əhəmiyyəti izah olunub. Tədbirlər çərçivəsində əsas diqqət yol hərəkəti iştirakçıları arasında məsuliyyətli davranışın formalaşdırılmasına, nəqliyyat vasitələrinin texniki sazlığının təmin olunmasına və ətraf mühitin mühafizəsinə yönəldilib.
Xatırladaq ki, "Təmiz hava aylığı" ilə bağlı yol polisləri tərəfindən tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Yol hərəkəti təhlükəsizliyi üçün profilaktik işlər davam edir
Sabunçu bazarında REYD - "Allahın cücüsüdür"
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Balakəndə "Təmiz hava" aylığı ilə bağlı profilaktik tədbir keçirildi
Baku Steel Company ətraf mühitin mühafizəsinə töhfəsini gücləndirir: təxminən 3000 ağac əkilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan apreldə "OPEC+" kvotasından gündəlik 91 min barel geri qalıb
-
Səbinə Əliyeva Slovakiya Milli Şurasının üzvləri ilə görüşüb
-
"Azərbaycan Beynəlxalq Bankı"nın istiqrazlarına 282 investor maraq göstərib
-
Azərbaycan banklarında stres-testlərin aparılması üzrə yeni vahid tənzimləmə çərçivəsi qəbul edilib
-
Bakıda 28 marşrutun hərəkət sxemi dəyişdirilir
-
WUF13 rəsmisi: Dünyada 3,3 milyard insan yaşayış yeri problemi ilə üz-üzədir













