Onlayn kreditlərlə bağlı vacib addım - Yeni qərar nələri dəyişəcək?
Bu gündən bank və bank olmayan kredit təşkilatlarından onlayn istehlak krediti götürənlərə vəsait dərhal verilməyəcək. Kreditin məbləğindən asılı olaraq 2 və ya 24 saatlıq gözləmə müddəti tətbiq olunacaq.
Far.Az Baku TV-yə istinadla xəbər verir ki, iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, yeni qaydaların əsas məqsədlərindən biri vətəndaşların hüquqlarının qorunması və onlayn kreditlər zamanı dələduzluq hallarının qarşısının alınmasıdır:
"Onlayn kreditlərdə xüsusən müasir texnologiyalardan istifadə edən dələduzların vətəndaşları aldadaraq onların hesablarından kredit götürməsi halları ortaya çıxırdı. Mərkəzi Bankın bu addımları vətəndaşları qorumaq məqsədi daşıyır".
Onun sözlərinə görə, gözləmə müddəti həm də vətəndaşlara kredit götürmək qərarını yenidən düşünmək imkanı verir:
"Bu, vətəndaşın impulsiv və emosional alışlardan qorunması üçün zaman tanınmasıdır. Həmçinin hər hansı dələduzluq faktı olarsa, bunun yoxlanılması və banka müraciət edilməsi üçün vaxt yaranır".
Xalid Kərimli yeni qaydaların problemli kreditlərin əhəmiyyətli dərəcədə azalmasına səbəb olacağını düşünmür:
"Bu qərarın əsas məqsədlərindən biri dələduzluq hallarının azaldılması, digəri isə vətəndaşın impulsiv kredit götürməsinin qarşısının alınmasıdır. Amma bunun problemli kreditləri əhəmiyyətli dərəcədə azaldacağını söyləmək yanlışdır. Vətəndaş israrlıdırsa, yenə də krediti götürəcək".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kürdəmirdə toyda 92 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqdan açıqlama
-
İsrailin "Elbit Systems" şirkəti öz məhsullarının istehsalını Azərbaycanda lokallaşdırmağı təklif edir
-
Ronalduya 6 aylıq diskvalifikasiya təhlükəsi
-
Bu deputatın mandatı ləğv edildi
-
Bərdədə gəncin qətlinin təfərrüatı: Şübhəli hadisədən sonra polisə təslim olub
-
Mikayıl Cabbarov: "Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb"













