Qazaxıstan və Türkiyə ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq niyyətini təsdiqləyiblər
Qazaxıstan və Türkiyə ikitərəfli ticarət dövriyyəsini 15 milyard ABŞ dollarına çatdırmaq niyyətini təsdiqləyib, həmçinin investisiya əməkdaşlığının genişləndirilməsi və işgüzar əlaqələrin möhkəmləndirilməsini diqqət mərkəzində saxlayıblar.
"Far.Az"un Qazaxıstan bürosunun Akordaya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VI iclasında bəyan edib.
Türkiyə liderinin sözlərinə görə, tərəflər aprelin 15-də Astanada keçirilən iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 14-cü iclasında qəbul edilmiş tədbirlər planının həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Ərdoğan qeyd edib ki, Ankara iki ölkənin şirkətləri arasında investisiya əməkdaşlığının genişləndirilməsini təşviq etməyə davam edəcək. Bundan başqa, o, Qazaxıstan və Türkiyə arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi üçün biznes-forumların əhəmiyyətinə diqqət çəkib.
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan apreldə "OPEC+" kvotasından gündəlik 91 min barel geri qalıb
-
Səbinə Əliyeva Slovakiya Milli Şurasının üzvləri ilə görüşüb
-
"Azərbaycan Beynəlxalq Bankı"nın istiqrazlarına 282 investor maraq göstərib
-
Azərbaycan banklarında stres-testlərin aparılması üzrə yeni vahid tənzimləmə çərçivəsi qəbul edilib
-
Bakıda 28 marşrutun hərəkət sxemi dəyişdirilir
-
Bu gün Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq













