Bakıda iş yoldaşını öldürməkdə ittiham olunan şəxsin məhkəməsi başlayıb
Bakıdakı məşhur hotellərdən birində ofisiant kimi çalışan iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Seymur Manafovun məhkəməsi başlayıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra cinayət işinin baxışa verilməsini və təqsirləndirilən şəxs barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunub.
Məhkəmə mayın 21-də davam etdiriləcək.
Qeyd edək ki, hadisə yanvarın 25-də saat 19 radələrində baş verib.
Hoteldə ofisiant işləyən 1996-cı il təvəllüdlü paytaxt sakini Şəmistan Şamil oğlu Əliyev camaşırxanada bıçaqlanaraq öldürülüb.
Araşdırmalarla qətlin hotelin digər ofisiantı - 1992-ci il təvəllüdlü Abşeron rayon sakini Seymur Zafalı oğlu Manafov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
S.Manafov polis əməkdaşları tərəfindən saxlanılıb.
Seymur Manafova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SƏRƏNCAM
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib













