Hindistanda güclü fırtına səbəbindən həlak olanların sayı 100 nəfəri ötüb - YENİLƏNİB-2
Far.Az xəbər saytı

Hindistanda güclü fırtına səbəbindən həlak olanların sayı 100 nəfəri ötüb - YENİLƏNİB-2


Hindistanın şimalında yerləşən Uttar-Pradeş ştatında güclü fırtına və şiddətli yağışlar nəticəsində ən azı 104 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə Hindistanın "The Economic Times" qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Bundan başqa, onlarla yaralının olduğu bildirilir.

Əlverişsiz hava şəraiti 98 evin zədələnməsinə və 130 baş mal-qaranın tələf olmasına səbəb olub. Ştatın bir sıra rayonlarında narıncı təhlükə səviyyəsi elan edilib.

Təbiət hadisəsinin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Hindistanın Uttar-Pradeş ştatında baş verən güclü fırtına nəticəsində 90 nəfərə yaxın insan ölüb, 53 nəfər yaralanıb.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə ştatın təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması və yardım idarəsi məlumat yayıb.

"Mayın 13-də əlverişsiz hava şəraiti 89 nəfərin ölümünə səbəb olub", - Uttar-Pradeş ştatının yardım üzrə müvəkkili "X"dəki paylaşımında bildirib.

Eyni zamanda bildirilib ki, fırtına, leysan və ildırım vurması nəticəsində 53 nəfər xəsarət alıb, 87 evə ziyan dəyib.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Daha bir kəndə AYI HÜCUMU - Mal-qara tələf oldu
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər