Ceyhun Bayramov: Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkasiya üzrə işlər davam etdirilir
Far.Az xəbər saytı

Ceyhun Bayramov: Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkasiya üzrə işlər davam etdirilir


Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkasiya prosesi üzrə işlər davam etdirilir.

"Far.Az" xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarət edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, delimitasiya-demarkasiya prosesi uzunmüddətli və texniki xarakter daşıyan məsələdir:

"Bu, qısa müddət ərzində baş verən proses deyil. Burada çox texniki məsələlər var və işlər davam edir".

Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin aprelin 29-da Ermənistana səfər etdiyini xatırladan nazir bildirib ki, görüş zamanı sonrakı işlərin prosedur və reqlamentini müəyyən edən üç sənəd razılaşdırılıb.

C. Bayramov xatırladıb ki, daha əvvəl Ermənistan nümayəndə heyəti ötən ilin noyabrında Qəbələdə keçirilən görüşdə iştirak edib:

"Proses gedir və düşünürəm ki, növbəti aylarda da bunun şahidi olacağıq".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş yarış keçirilib
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Həştərxanda qeyd edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər