Azərbaycan səfiri Almaniya mətbuatındakı lobbiçilik fəaliyyətini tənqid edib
Far.Az xəbər saytı

Azərbaycan səfiri Almaniya mətbuatındakı lobbiçilik fəaliyyətini tənqid edib


Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev bu ölkənin “Tagesspiegel” qəzetini NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin müəllifi olduğu Azərbaycan əleyhinə məqalə dərc etdiyinə görə tənqid edib.

"Report" xəbər verir ki, bu barədə diplomat "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Tagesspiegel” erməni lobbiçi Anders Foq Rasmussenin Azərbaycan əleyhinə yazdığı tənqidi məqaləni niyə dərc edib? O, Ermənistan hökumətindən ildə 499 000 avroya qədər pul alır. Bununla belə, "Tagesspiegel" onu sadəcə NATO-nun keçmiş baş katibi kimi təqdim edir... Biz bunu Almaniya ictimaiyyətini çaşdırmağa və Azərbaycanı gözdən salmağa xidmət edən cəhd hesab edirik”, – o qeyd edib.

Oxşar xəbərlər

Paşinyan İrəvan merini yola salmağa çalışır - "Kaspi"nin TƏHLİLİ
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-1
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2 - FOTO
Tarixi addım: Azərbaycana ərazi bütövlüyünün tam təmin etdiyi dövrdə baş tutan səfər - ŞƏRH

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər