TDT-də Türk dünyasının vahid muzey kartı layihəsi həyata keçirilir
Far.Az xəbər saytı

TDT-də Türk dünyasının vahid muzey kartı layihəsi həyata keçirilir


Türk dövlətlərinin vahid muzey kartı layihəsi həyata keçirilir.

"Report"un Türküstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Qazaxıstanın Türküstan şəhərində TDT-nin qeyri-rəsmi sammitində bildirib.

Ömüralıyevin sözlərinə görə, ümumtürk irsinin qorunub saxlanması, onun təbliği və gələcək nəsillərə ötürülməsi təşkilatın əsas prioritetlərindən biri olaraq qalır.

"Hazırda vahid muzey kartı layihəsi həyata keçirilir. Bu layihə vahid türk muzey kartı ilə Türk dünyası ölkələrinin muzeylərini ziyarət etmək imkanını nəzərdə tutur", - TDT-nin Baş katibi bildirib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər