Nazir: Ötən il Mədəni və Yaradıcı Sənayelərin xidmət ixracı 265 milyon 487 min dollar olub
Far.Az xəbər saytı

Nazir: Ötən il Mədəni və Yaradıcı Sənayelərin xidmət ixracı 265 milyon 487 min dollar olub


"Azərbaycan Mədəniyyəti – 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında Mədəni və Yaradıcı Sənayelərin (MYS) inkişafı ilə bağlı Dövlət proqramlarının həyata keçirilməsi nəzərdə tutulur. Biz Dövlət Proqramının hazırlanması istiqamətində biznes subyektləri ilə görüşlər keçiririk. Ölkədə MYS sahəsində sahibkarlıq subyektlərinin sayı sabit artım nümayiş etdirib və hazırda 25 minə yaxın belə subyekt var.

Far.Az xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli bildirib.

O deyib ki, sektorun ölkə iqtisadiyyatındakı çəkisi də artmaqdadır. 2025-ci ildə MYS sahəsinin ÜDM-də payı 1 faizə çatıb. Bu sahədə xidmət ixracı da çoxalıb. "2025-ci ildə 265 milyon 487 min ABŞ dolları məbləğində MYS xidmət ixracı olub, bu da 2024-cü illə müqayisədə 23,3 faiz çoxdur. Bütün bunlar həm də yeni iş yerləri və yaradıcı məşğulluğun artması deməkdir.

Bu gün yeni mədəniyyət modelində mədəniyyətin funksionallığının artırılmasına xidmət edən ən vacib, əsas alət məhz mədəni və yaradıcı sənayelərdir. Bu istiqamətdə Mədəniyyət Nazirliyinin ən görünən uğurlarından biri Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin təşkil edilməsi idi. Həmin mərkəz 2024-cü ilin dekabr ayında fəaliyyətə başladı.

Mərkəzin fəaliyyəti çərçivəsində 9 inkubasiya proqramı həyata keçirilib, 52 startap yaradılıb. Bu startaplardan 5-i KOBİA-dan "Startap şəhadətnaməsi", 2-si isə qrant əldə edib. Müxtəlif proqramlar çərçivəsində 100-dən çox rezident tədris proqramlarından yararlanıb. Sertifikat təlimlərində isə 700-dən çox gənc iştirak edib", - deyə nazir əlavə edib.

Oxşar xəbərlər

Adil Kərimli: "Hər bir çağırışı təhdid kimi qəbul edib onunla açıq mübarizəyə girə bilmərik"
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər