Azər Allahverənov: Hər Zirvə toplantısı türk dünyasının birliyini daha da gücləndirir
Far.Az xəbər saytı

Azər Allahverənov: Hər Zirvə toplantısı türk dünyasının birliyini daha da gücləndirir


Bu gün Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü bir çox parametrlərinə görə olduqca əhəmiyyətlidir.

Bunu "Far.Az"a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.

O qeyd edib ki, bu sammit çərçivəsində Türküstan şəhəri Şuşa ilə qardaşlaşan ilk şəhərlərdən biri oldu. Bu, Azərbaycan-Qazaxıstan xalqları arasında mədəni və tarixi kökləri və bu əsasda da inkişaf etdirilməkdə olan qardaşlıq bağlarının kifayət qədər güclü olmasından xəbər verir.

Deputat bildirib ki, Türk Dövlətləri Təşkilatı tamamilə yeni bir inkişaf mərhələsinə qədəm qoymaqdadır:

"Türk dünyası 21-ci əsrdə nüfuzlu siyasi güc mərkəzinə çevrilməkdədir və nəticə etibarilə türk dünyasını daha da vahid edə biləcək bir inkişaf strategiyasına malikdir. Təbii ki, Türk Dövlətləri Təşkilatı formatında inteqrasiya prosesləri kifayət qədər sürətlə gedir. Hər Zirvə toplantısından sonra qəbul edilmiş qərarlar faktiki olaraq türk dünyasının birliyini daha da gücləndirir. Bu baxımdan, təbii ki, burada ortaq tarixi, etnik, mədəni, mənəvi dəyərlər əsasında formalaşan bu əlaqələr nəticə etibarilə müəyyən olunmuş ümumi amallara və məqsədlərə doğru birgə hərəkəti təmin edə biləcək bağlardır.

Bu gün TDT ölkələri arasındakı mədəni və tarixi bağlar bir çox parametrlər üzrə daha da inkişaf etdirilməkdədir. Bu prosesdə Azərbaycanın fəaliyyəti, xüsusilə də təşkilatda sədrliyi dönəmində qəbul etdiyi qərarlar bir daha onu göstərir ki, türk dünyasının daha da inteqrasiya olunması və bir mövqedən çıxış etməsi üçün çox böyük potensial var".

A.Allahverənov əlavə edib ki, 17-22 mayda Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak üçün TDT ölkələrdən olan qeyri-hökumət təşkilatları təmsilçiləri, o cümlədən biznes dairələri, şəhərsalma sahəsində böyük təcrübəyə malik mütəxəssislər Azərbaycana gələcək. Bu tədbir vasitəsilə yeni bir inkişaf strategiyasının qurulması üçün də əlverişli şərait yaranacaq.

Oxşar xəbərlər

İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər