Hakan Fidan: Heç kim ABŞ ilə İran arasında müharibə ssenarisini yenidən yaşamaq istəmir
Far.Az xəbər saytı

Hakan Fidan: Heç kim ABŞ ilə İran arasında müharibə ssenarisini yenidən yaşamaq istəmir


ABŞ ilə İran arasında atəşkəsin alternativi müharibəyə qayıtmaqdır və heç kim bu ssenarini yenidən yaşamaq istəmir.

"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Al Jazeera" telekanalına müsahibə zamanı deyib.

Onun sözlərinə görə, hazırda bütün dünya iqtisadiyyatı zərər görür.

"ABŞ tərəfi İranın təklifini rədd etsə də, təkliflər həmişə yenidən müzakirə edilə bilər, mövqelər nəzərdən keçiriləcək", - o bildirib.

H. Fidan Türkiyənin ABŞ, İran və bölgə ölkələri ilə əlaqədə olduğunu xatırladıb.

Türkiyənin XİN rəhbəri region ölkələrinin danışıqlar prosesinə yanaşmasına dair bəzi kiçik mübahisələrin yaşandığını qeyd edib: "Təəssüf ki, son vaxtlar Birləşmiş Ərəb Əmirlikləri və bəzi digər ölkələr hücuma məruz qalıb".

Atəşkəsin hazırda davam etdiyinə diqqət çəkən H. Fidan bölgə ölkələri arasında əlaqə və məsləhətləşmə prosesinin işə yaradığını bildirib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail bir sıra şəhərlərə hava zərbələri endirərək İrana qarşı hərbi əməliyyata başlayıb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

2026-cı il aprelin 8-nə keçən gecə İran, ABŞ və onların müttəfiqləri iki həftəlik atəşkəs barədə razılığa gəliblər, sonradan Ağ Ev rəhbəri Donald Tramp atəşkəsi qeyri-müəyyən müddətə uzadıb. Aprelin 11–12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Müzakirələr nəticəsiz qalıb.

Tehrana təzyiq vasitəsi kimi ABŞ İran limanlarının və Hörmüz boğazından keçidin blokadaya alındığını elan edib. Öz növbəsində İran Hörmüzün Fars körfəzi ölkələrinə gedən gəmilər üçün bağlandığını bildirib. Regiondakı vəziyyət qlobal enerji böhranına səbəb olub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
"Qaraçılar məni əhatəyə aldı, bir də gördüm ki…" - Vahid Məcidovla MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər